QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Qrant Siyasəti” sənədi ilə bağlı ictimai müzakirələr aparılacaq

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Qrant Siyasəti” sənədi ilə bağlı ictimai müzakirələr aparılacaq
Noyabrın 19-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin "Qrant Siyasəti” sənədi müzakirə olunub. Sənədin qeyri-hökumət təşkilatının iştirakı ilə ictimai müzakirəsinin keçirilməsi və təkliflərin toplanması qərara alınıb.

Eyni zamanda iclasda "Maraqlar münaqişəsinin istisna olunması qaydası” layihəsinin və Agentliyin loqotipinin təsdiq olunması məsələlərinə baxılıb və hər iki məsələ ilə əlaqədar qərar qəbul edilib.

Xəbər lenti