QHT “Aprel şəhidlərinə və Milli qəhrəmanlarımıza həsr olunan saytın hazırlanması” adlı layihəsini uğurla həyata keçirdi – ŞURANIN DƏSTƏYİ İLƏ

QHT “Aprel şəhidlərinə və Milli qəhrəmanlarımıza həsr olunan saytın hazırlanması” adlı layihəsini uğurla həyata keçirdi – ŞURANIN DƏSTƏYİ İLƏ

Azərbaycan Respublikası "Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi "Aprel şəhidlərinə və Milli qəhrəmanlarımıza həsr olunan saytın hazırlanması” adlı layihəsini uğurla həyata keçirdi.

Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilib.

Layihənin məqsədi torpaqların azad olunması və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş övladlarımızı və milli qəhrəmanlarımızı gənclərimizə və dünyaya tanıtmaqdır.

Milli qəhrəmanlar və Aprel şəhidləri haqqında informasiya saytı olmadığını nəzərə alaraq, sayt qısa müddət ərzində 3 dildə (Azərbaycan, ingilis, rus) versiyası hazır edilib və mütəmadi olaraq məlumatlarlar əlavə ediləcək. Daha böyük auditoriyaya çatmaq üçün saytın sosial mediada (Facebook, Twitter) da hesabların açılması nəzərdə tutulur.

Saytda Qan yaddaşımız, Soyqırımlar, Aprel döyüşləri və Milli Qəhrəmanlarımız barədə yazılar dərc edilib və digər dillərə tərcümə edilib. Saytda həm QHT-lərə Dövlət Dəstəyi Şurasının, həm də Müdafiə Nazirliyinin rəsmi saytlarına keçid etmək mümkündür. Həmçinin "Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin tarixi və fəaliyyəti barədə qısa məlumat saytda öz əksini tapıb. Saytın davamlı olması və mütəmadi olaraq yenilənməsi üçün könüllülərin də cəlb olunması nəzərdə tutulur.

Saytın linklərini aşağıdakı kimidir:

Azərbaycan dili https://qehreman.az/

Rus dili - https://ru.qehreman.az/

İngilis dili - https://en.qehreman.az/

 

#QHT #NGO #UTGDIB #Qehreman_az #martyrs




Xəbər lenti