Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub

Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının təqdimatı olub
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın "Sirlər dünyasına səyahət: MİSİR” kitabının "Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu”, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, "Nəfəs” və "Masallı Təhsil Fondu” ictimai birliklərinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.
 
"Azərkitab”da baş tutan təqdimat mərasiminin aparıcısı – Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Azərbaycan-Misir ədəbi-mədəni, tarixi əlaqələrindən və Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü ərəfəsində olduğumuzdan söz açıb, ürək sözlərini bölüşüb. O, Q.Paşayevanın kitabını iki qədim mədəniyyətə, qədim tarixə malik ölkənin ədəbi-mədəni əlaqələri baxımından  əlamətdar hadisə adlandırıb, onun öz içəriyi, yanaşmaları baxımından Misir haqqında müstəqil Azərbaycanda çıxmış ilk belə kitab olduğunu deyib.
 
Kitabın müəllifi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Q.Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi və onun xanımı İnas Abdelhadi Eissanı, səfirliyin tərcüməçisi Mafəddin Hümmətovu, Azərbaycan parlamentinin üzvlərini, görkəmli ədəbiyyatşünasları, tarixçiləri, şairləri, yazıçıları, QHT, KİV rəhbərlərini, gəncləri salamlayıb.
O, Misir Ərəb Respublikasına səfərlərindən, orada beynəlxalq konqres, simpoziumlarda iştirakından, görüşlərdən və ölkələrarası əlaqələrdən söz açıb:
"Azərbaycanla Misir arasında rəsmi və vətəndaş cəmiyyəti institutları xətti ilə baş tutan görüşlər, o cümlədən ziyalılarımızın səmimi, etibarlı və getdikcə güclənən əlaqələri, əməkdaşlığı sevindiricidir.
Misirin ölkəmizdə səfirinin timsalında, Misir ziyalılarına 44 günlük Vətən Müharibəsində bizim haqq işimizə verdikləri mənəvi dəstək üçün təşəkkür edirəm.  
Biz Misir ziyalılarının Azərbayacana artan marağından məmnunuq.
 
Mən Misir haqqında hələ uşaqlıqdan maraqlanır, oxuyur, öyrənirdim. Əmim, ərəb dünyasına və dilinə vaqif olan professor Qəzənfər Paşayev sayəsində bu maraq getdikcə daha da artır, güclənirdi. Televiziya jurnalisti olduğum illərdə Misirlə bağlı rəsmi və ictimai tədbirlərdə iştirak imkanım oldu və nəhayət Milli Məclisin üzvü, özəlliklə Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü seçildikdən sonra müxtəlif tədbirlərdə iştirak etməkçün bu dost ölkəyə bir neçə dəfə səfər etdim. Hər səfərimdə özümçün müşahidələr aparır, qeydlər edirdim. Nəhayət dostlarla birgə o müşahidə və qeydləri toplayaraq kitablaşdırmaq qərarını gəldik. Bu kitab bir növ Misirin hekayəsidir; yaxud kitab mənim gözümdən görünən Misiri anladır.
Hər kəsi bir daha salamlayır, dəvətimizi qəbul edib, təqdimat mərasiminə gəldiyiniz üçün təşəkkür edirəm. Kitabın redaktorları – tanınmış şairlər Elman Tovuz, Əkbər Qoşalı və İbrahim İlyaslıya xüsusi təşəkkür edir, uğurlar diləyirəm”!
 
Misirin Azərbaycandakı Səfiri cənab Adel İbrahim kitaba və təqdimata görə Q.Paşayevaya, kitabın nəşrə hazırlanmasında və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib, iki ölkə arasında mədəni əlaqələrin artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Azərbaycan xalqını 44 günlük müharibədəki tarixi Zəfər münasibəti ilə təbrik edib.
Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ceyhun Məmmədov, işçi qrupunun üzvü İlham Məmmədov, Millət vəkilləri – Aydın Hüseynov, Bəhruz Məhərrəmov, Əməkdar eım xadimi Prof.Dr. Qəzənfər Paşayev, AYB-nin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, RHİM İB sədri Arzu Bağırova tədbirdə çıxış edib, ürək sözlərini bölüşüb. "Vektor”un qurucu-başqanı, şair-publisist Prof.Dr. Elçin İsgəndərzadə Azərbaycanlı rəssam, beynəlxalq müsabiqələr laureatı Nəsibə Mələyin İslam motivli əsərini Misirin Azərbaycandakı səfirinə təqdim edib. Çıxışlarda Azərbaycan-Misir dostluğundan, Misirin ərəb ölkələrinin anası, dünya mədəniyyətinin beşiyi kimi tanınmasından və bu mövzuların kitabda ətraflı şərh olunmasından söz açılıb. Çıxışçılar "Sirlər dünyasına səyahət: MİSİR” kitabını bələdçi  və elmi-publisistik janrlı əsər kimi xarakterizə edib.
 
Qeyd edək ki, kitab "CBS”-də rəngli və nəfis tərtibatla gün üzü görüb. Kitabın məsləhətçisi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevdir. Respublikamızda Misir haqqında mıxan azsaylı kitablardan sayılan "Sirlər dünyasına səyahət: MİSİR” misirşünaslar, regionşünaslar, kulturoloqlar, diplomatlar, ümumən geniş oxucu kütləsi umun nəzərdə tutulub. Nəşr maraqlı süjet xəttinə malik olub, informasiyalarla zəngindir. Burada ölkənin tarixi, etnoqrafiyası, təbiəti və s. haqqında dolğun təsəvvür yaradılır.
Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına, Misir üzrə tədqiqat aparan alimlərə və b. hədiyyə olunacaq.
 
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Xəbər lenti