Qarabağ imtahanı - Professor yazır
14 Yanvar 2021, 18:56
14 Yanvar
2021
18:56
1049
Professor, Dr. Çingiz Abdullayev
Gənclik illərində düşüncələrimiz, gözləntilərimiz başqa idi. Elə bilirdrik ki, XXI əsr muasir düşüncəyə istinadən insanların sədd və sərhədsiz yaşam tərzinə nümunə olacaq, sosial rifah və firavanlıq üçün heç bir problem qalmayacaq. Elmin əlçatmaz sahələrində böyük kəşflərə imza atacağıq. Əlbəttə, bütün bunlar arzular idi. Arzularımızın çin olmasını əngəlləyən, Qərbdə ictimai-siyasi fikiri yönləndirən dairələr yaratdıqları mühitə mənfəət prizmasından baxaraq, əsl gerçəklikləri unutdular. Ötən ilin payızında Qarabağın azadlığı uğrunda gəfil muharibə onların stereotipini dağıdaraq, imtahana çəkdi. Qarabağ imtahanından üzü ağ çıxan Azərbaycan xalqı, onun Ali Baş Komandanı, müzəffər Ordusu tarixi bir zəfərə imza atdı. Qərbdə COVİD-19 hücumundan və daxili problemlərdən başını itirən siyasətçilər bir də gördülər ki, Qafqazda tamam fəqrli situasiya yaranıb, mürəkkəb regionda sabitlik, əmin-amanlıq əldə edilib, Azərbaycan, Türkiyə və Rusiya birgə planlar həyata keçirir.
Bir neçə gün öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsi ilə Moskvada gerçəkləşən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin üçtərəfli görüşü bir daha sübut etdi ki, regionda yeni geopolitik mənzərənin şəkillənməsi və kommunikasiya xətlərinin bərpası zamanın tələbidir. Görüşlə bağlı ictimaiyyətə təqdim edilən kadrları izləmək hər bir azərbaycanlı üçün qürurverici idi - masa arxasında Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ imtahanından qalib çıxan bir sərkərdə kimi oturmuşdu. Ermənistanın Baş naziri Nikol Paşinyan isə məğlub tərəfin təmsilçisi kimi pərtliyini gizlədə bilmirdi. Həyat belədir, imtahandan kəsilənlər həmişə qınaq obyekti olur...
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olsa da, son hadisələrdən sonra idman termini ilə desək, "oyundan kənar vəziyyətə” salınan Fransa özü belə dövlət olaraq Qarabağ imtahanından "geyri-kafi” qiymət aldı. Azərbaycanın qanuni tələbini deyil, işğalçı Ermənistanın mövqeyini müdafiə edən Paris biabırçı duruma düşdü. Nəticədə Rəşadətli Azərbaycan Ordusundan layiqli mesajı aldı - "au revoir”.
Əslində son illər Fransada Jak Şirakdan sonra hakimiyyətə gələnlər macəra və qalmaqallarla yadda qaldığından, biabırçı sonluğun baş verəcəyi gözlənilən idi.
Dünya düzəni pozulub, yeni qaydalar yaranır. Ağıllı görkəm alan bəzi Qərb siyasətçiləri hələ də Şərqə münbit ərazi kimi baxmaqda davam etməkdədirlər. Biz öz qətiyyətli mövqeyimiz, iqtisadi gücümüzlə belələrini ayıltmağa çalışmalıyıq. Onlara anlatmalıyıq ki, təqvimdə XXI əsrin 21-ci ildir.
Zamanla ayaqlaşa bilməyən, köhnə fikirlərində ilişib qalan bəzi ölkələrin rəhbərləri Türkiyənin Avropa Birliyinə yolunu bağlamağa çalışsalar da rəsmi Ankara qətiyyətli mövqeyindən geri çəkilmək fikrində deyil. Bu gün Türkiyə daha da güclənərək, Şərq və Qərb dəhlizində önəmli söz sahibinə çevrilməkdədir.
Azərbaycanda Vətən müharibəsi başlayan gündən Ankara elan etdi ki, Qarabağ probleminin ədalətli şəkildə çözülməsində maraqlıdır və bu məsələdə sona qədər Bakının yanındadır. Türkiyə Cümhuriyyətinin harizmatik başqanı Rəcəb Tayyib Ərdoğan verdiyi sözü kişi kimi tutmağı bacardı və Qərbə həm də bir mənəviyyat dərsi keçdi sanki.
Türkiyənin qüdrətindən narahat olan Qərb təhlükəli ssenarilər cızır, ortaya din faktorunu salmaq istəyir. Lakin bütün bunlar boşuna sərf edilən enerjidir. Azərbaycan və onun dostu Türkiyə gücləndikcə regionda ədalət bərpa olunacaq və bu proses davamlı xarakter alacaq. Avropa və bütün dünya anlamalıdır ki, məğlub, forpost Ermənistana güvənmək siyasi və iqtisadi baxımdan təhlükəlidir. Cəmi 44 gün davam edən müharibədə məğlub olan Ermənistan Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında sıxılmaqda, qorxu içində yaşamaqdadır. Mədəniyyət paytaxtımız Şuşada bir neçə ay öncə rəqs edənlər bu gün Zəngəzuru, Göyçə mahalını və İrəvanın özünü itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Tarixən özgə torpaqlara göz dikən, hiyləgər, fürsətçi ermənilər indi də siyasətlərini davam etdirir. Azərbaycan Ordusunun "Dəmir yumuruq” əməliyyatının gücünü və nəticələrini görən Ermənistan vətəndaşları Qərbə üz tutaraq sığınacaq axtarışındadırlar. Hələ ki, onları Avropada xoş qarşılayırlar. Amma vaxt gələcək "erməni xəstəliyi” baş qaldıracaq və Avropanın başı ağrayacaq. Çünki ermənilər bir zaman sığınacaq aldıqları ölkələrdən ərazi tələb edəcəklər.
Belə bir dövrdə dünyada yaşayan Azərbaycan diasporunun fəalları öz fəaliyyətlərini daha da gücləndirməli, erməni hiyləgərliyinin əsl simasını yaşadıqları ölkələrə tanıtmalıdırlar. Son zamanlar bu sahədə görülən işlər, atılan addımlar ümidvericidir.
Vətən müharibəsi qüdrətli Qərb mediasını da imtahana çəkdi. Qarabağda savaş gedən günlərdə Azərbaycana qərəzli suallarla silahlanıb gələn jurnalistlər Azərbaycan Prezidenti İlham Əliyevin təcrübəsi, savadı və iti məntiqi qarşısında məğlub duruma düşdülər.
XXI əsrin 21-ci ilinə Zəfərlə və qətiyyətli addımlarla daxil olan qüdrətli, tolerant, multikultural və milli dəyərlərə sadiq Azərbaycan dünyanın obyektivliyini, dürüstlüyünü imtahana çəkir.
İmtahana ciddi hazırlaşın, cənablar!
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR