PREZİDENT İLHAM ƏLİYEV BİR DAHA “QARABAĞ AZƏRBAYCANINDIR VƏ NİDA” MESAJINI VERDİ – İlham Məmmədov yazır

PREZİDENT İLHAM ƏLİYEV BİR DAHA “QARABAĞ AZƏRBAYCANINDIR VƏ NİDA” MESAJINI VERDİ – İlham Məmmədov yazır

Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəyanı bölgələrə - Tərtər və Ağcabədiyə səfərini və hər iki rayonda bir-birindən əhəmiyyətli obyektlərin açılışlarında iştirakını televiziya ekranlarından maraqla izlədim. Amma dövlətimizin başçısının Tərtər Olimpiya Mərkəzinin açılışından sonra rayonun idman ictimaiyyəti nümayəndələri qarşısındakı çıxışı, orada səsləndirilən fikirlər, tarixçilərə dəyərli tövsiyələrini dinlədikcə, eyni zamanda, qürurlandım. Həm də, tək öz adıma deyil, xalqım adına qürurlandım ki, belə bir dövlət xadimimiz var. Məşhur siyasətçi Uilston Çörçilə məxsus fikirdir: ”Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Cənab Prezidentin məlum çıxışında verilən mesajlarda bir dövlət xadiminə, bir liderə xas müdriklik, uzaqgörənlik, mənsub olduğu xalqın tarixinə sonsuz diqqət, sayğı və ehtiram var. Bu çıxışın hər cümləsi, bir vətəndaş olaraq, tariximizə münasibətdə hamımız üçün parlaq bir nümunədir.

Son vaxtlar özünü müxalifət adlandıran,əslində isə inkişafımızı, uğurlarımızı gözü götürməyən, onları kölgə altına alaraq su bulandırmaqla məşğul olan qüvvələr ölkə daxilində,onların özlərinə bənzər bədniyyətli uzantılarının xaricdən cənab Prezidentin Dağlıq Qarabağla bağlı siyasətində qaranlıq tərəflər axtarmağa cəhd edir,ağıllarına gələn təkliflər səsləndirir və xalqdan bir dəstək almadıqları halda belə,özlərini haqlı sayırlar. Amma dövlətimizin başçısı təmkinlə,məntiqlə,tarixi faktlara istinadən həm sapı özümüzdən olan baltaların, həm də ümumən düşmənlərimizin,necə deyərlər, ağzının payını verdi.

Tale elə gətirib ki,torpağının altı da,üstü də təbii sərvətlərlə zəngin ölkəmiz,sonradan gəlmə olsalar da,ermənilərlə qonşu olub. Ermənilərin ən dəqiq qiymətini dahi rus şairi Aleksandr Puşkin verib: "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”. Bu xarakterdə olan düşmənin başqa naqis, bəşəri dəyərlərə haykırı cəhətləri barədə dövlətimizin başçısı da bu günkü və gələcək nəsillərin bilməli olduğu faktları diqqətə çatdırır: "Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki, hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır”.

Ermənistanın əsassız torpaq iddiaları üzündən zorla cəlb edildiyimiz müharibə Azərbaycana maddi olaraq da çox ziyan vurub, böyük insan tələfatına səbəb olmaqla da. Sağlığında ulu öndər Heydər Əliyev xalqımızın başına gətirilən müsibətlərə hüquqi qiymət verilməsi, zəbt olunmuş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının dünya tərəfindən qəbul olunması istiqamətində böyük işlər gördü,illərdir ki, Prezident İlham Əliyev də bu yöndə ardıcıl,prinsipial fəaliyyətini davam etdirir: "Bu gün beynəlxalq təşkilatların Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”.

Hər kəsin yadındadır, ermənilər Şuşada uydurma Artsax respublikasının qanunsuz seçkilərlə seçilən prezidentinin "andiçmə”mərasimi keçirəndə psevdovətənsevərlər ağız-ağıza verib şüvən qoparmışdılar. Əsassız,şər-böhtan dolu iddialarla cəmiyyətdə çaşqınlıq yaratmaq xülyasına düşən üzdəniraqların bu faktların qarşısında necə, deyəcək bir sözü varmı: "Bildiyiniz kimi, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası "qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər.

...Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır”.

Amma cənab Prezidentin də söylədiyi kimi, "Bütün aparıcı ölkələr bu dırnaqarası "seçkiləri” qınayıb və tanımayıb”.

Müharibə hələ bitməyib.Münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsi kimi humanust bir yanaşmanının tərəfdarı olan cənab İlham Əliyevin rəhbərliyi altında bu gün ağır iqtisadi durumun girdabında çabalayan Ermənistanın qarşısında güclü iqtisadiyyata,möhkəm əsaslara söykənən sosial inkişafa malik bir Azərbaycan var: "Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır”.

Keçmişini unudanı,gələcək topa tutar,deyə bir ifadə var.Doğrudan da,kökündən ayrılmış ağacla,tarixindən məhrum olmuş xalq eyni aqibəti yaşayır-məhvə məhkumdur. Odur ki,xalqın minilliklərə söykənən tarixi layiqli şəkildə gənclərə,bizim sabahımız olan insanlara öyrədilməlidir.Əks halda,ermənilər kimi,tarixi,mədəniyyəti,mətbəxi,musiqisi,yaşı əsrlərə bərabər adət-ənənəsi olmayan biriləri o,sahibsiz tarixi də özününküləşdirər,o,mədəniyyəti,adət-ənənəni,bir sözlə,maddi-mənəvi nə varsa onu da. Odur ki,cənab Prezident :”Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”,deyə bəyan etdi.

Və dövlətimizin rəhbəri tarixçi alimlərimizə səsləndi: "Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər.

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra”.

Cənab Prezident çıxışında başqa tarixi məqamlara da toxundu,ona olduqca düzgün və obyektiv qiymət verdi,eyni zamanda:”Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” mesajını da səsləndirdi.

Tariximizi öyrənmək üçün kifayət qədər samballı mənbələrimiz var və dəyərli alimlərimiz yeni-yeni araşdırmalarla Azərbaycan tarixini zənginləşdirir,onun daha dərin qatlarının sirlərini açmaq uğruna çalışırlar.Amma müasir Azərbaycanın qurucusu kimi Prezident İlham Əliyevin atəş səsləri,top gurultuları altında qorxmadan yaşayan,qurab,müasirləşən,gözəlləşən,inkişaf edən qəhrəman Tərtərdəki çıxışı da ,bu baxımdan,olduqca dəyərlidir.

İlham MƏMMƏDOV,

millət vəkili.

Xəbər lenti