Paşinyan sərsəm iddiaları ilə özünü çıxılmaz duruma salır
26 İyun 2020, 22:40
26 İyun
2020
22:40
1370
Bu il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib. Prezident İlham Əliyev tədbirdəki çıxışında qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Rəsmi Bakı dövlətlərarası münasibətlərin sivil, demokratik dəyərlər və beynəlxalq hüquq normaları müstəvisində qurulmasını vacib sayır.
Ermənistan və Azərbaycan arasında olan münaqişə məhz beynəlxalq hüquqi prinsiplər əsasında həll edilməlidir. Prezident İlham Əliyevin sammitdə xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən parlaq çıxışı ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən vətəndaş cəmiyyəti fəalları tərəfindən dərin məmnunluq hissi ilə qarşılanıb. Bu barədə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev dedi:
– Mən tədbirin materiallarını televiziyadan dərin maraqla izlədim. Azərbaycan Prezidentinin çıxışında səslənən obyektiv və dərin məntiqli fikirlərin fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın iddiaları çox yersiz və mənasız təsir bağışladı. O, faktiki olaraq özünü növbəti dəfə gülünc vəziyyətə saldı.
Dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. İşğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımz qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Lakin Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Təbii ki, Ermənistanın bu qəsbkar və riyakar siyasəti yolverilməzdir və Azərbaycan xalqı heç vaxt bununla barışa bilməz.
Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi tədbirdə Ermənistanın baş nazirini şok vəziyyətə salmışdır. Özünü itirən N.Paşinyan tədbirin mövzusu ilə heç bir əlaqəsi olmayan replika ilə çıxış etmiş, Azərbaycana qarşı şər və böhtan atmağa cəhd etmişdir. Lakin Prezident İlham Əliyev yenidən söz alaraq, Ermənistanda dövlət və hökumət səviyyəsində qatı şovinist, irqçi siyasət yürüdüldüyünü danılmaz faktlarla sübut etmişdir.
Bəli, bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətindən gizlətmək mümkün deyildir. Paşinyan beynəlxalq tədbirlərdə hər dəfə bir şeyi bəhanə gətirməklə, heç nəyə nail olmayıb və bundan sonra da ola bilməyəcək. O, öz sərsəm açıqlamaları ilə özünü yalnız ifşa edir.
Ermənistan işğalçı dövlətdir, qəsbkar və təcavüzkar siyasətinə, törətdiyi ağır cinayətlərə görə mütləq cəza almalıdır. Tarixin və əlahəzrət Zamanın ədalətli hökmündən hələ heç vaxt, heç bir cinayətkar qaçıb gizlənə bilməyib. Ermənistanı da layiq olduğu acı aqibət gözləyir!
Söhbəti qələmə aldı:
M.HACIXANLI,
"Xalq qəzeti”
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
SİYASƏT
Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat