Paşinyan oğlunu Azərbaycandan apardı - Savaş dərinləşir

Paşinyan oğlunu Azərbaycandan apardı - Savaş dərinləşir
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşotun xidməti yeri dəyişdirilib.

7News.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdəki erməni səhifələrində yayılıb. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib.

Məsələyə Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat katibi Artsrun Ovannisyan Feysbuk səhifəsində yaydığı açıqlamada yenə Azərbaycanı ittiham edərək, dolayısı yolla həm Bakını yayılan xəbərlərin arxasında dayanmaqda ittiham edib, həm də özü də bilmədən yayılan şayiələri təsdiqləyib:

"Mən Azərbaycan stilindəki məqalə başlıqlarını şərh etməyəcəyəm. Ermənistan Silahlı Qüvvələrinin istənilən hərbçisi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif toplanış, imtahan və hərbi təlimlərdə iştirak edə bilər”.

Qeyd edək ki, Nubaraşendə 2017-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin V korpusu yerləşib. Sonradan bu korpus Rusiya-Ermənistan Birləşmiş Qoşunlarının tərkibinə verilib. İrəvanla Moskva arasındakı razılaşmaya əsasən, vahid ordu birləşməsinin tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası da daxil edilib. Qruplaşmaya Rusiya prezidentinin razılığı ilə Ermənistan dövlət başçısı komandan təyin edir. Hazırda komandan vəzifəsini Tiqran Pərvanyan icra edir.

Sülh vaxtı qruplaşma Ermənistan ordusunun Baş Qərargahına, müharibə zamanı isə Rusiya ordusunun Baş Qərargahı və Cənub Hərbi Dairəsinə tabe olur. Qruplaşmanın rəhbərinin müharibə vaxtı kimə tabe olacağı haqqında qərarı isə Rusiya və Ermənistan prezidentləri müəyyənləşdirir.

Paşinyanla Qarabağ klanı arasında münasibətlər Robert Köçəryanın azadlığa çıxmasından sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə ittiham edib və torpaqları Azərbaycana satmaqda ittiham edib. Bunun ardınca Ermənistan Baş naziri Paşinyanın oğlunu Qarabağdan Ermənistana apartdırması diqqət çəkir.

Xəbər lenti