Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV

Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV

Müharibə təkcə qurbanlar və dağıntılar deyil, həm də böyük xərclər deməkdir. Hərbi münaqişə kredit üzərində qurulmuş iqtisadiyyatın işləmədiyi şəraitdə ölkənin müflisləşməsinə gətirib çıxarır. Ermənistan da istisna olmadı.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Komsomolskaya Pravda” nəşrində dərc olunmuş məqalədə deyilir.

Məqalədə bildirilib ki, Qarabağdakı hərbi münaqişə Ermənistanı dalana dirəyib:

"Qarabağdakı silahlı münaqişədə İrəvan özünü ciddi maddi və insan itkilərinə məhkum edib. Müasir dünya şəraitində sosial şəbəkələrlə ölən və yaralananların sayını gizlətmək və ya kiçiltmək praktiki olaraq mümkün olmasa da, Ermənistan hökuməti maddi itkiləri inkar etməyə çalışır. Lakin tədricən hərbi texnikanın məhvinə dair sübutlar dərc edildikdən sonra Ermənistan hökuməti onları qəbul etməyə başlayır.

 
 

 

Ermənistan 2 milyard dollardan artıq ziyana düşüb.

Nikol Paşinyanın Ermənistan hakimiyyətinə gəlişindən sonra xarici investorları gözləməyə dəymədi. Xarici investorlar yeni hökumətə əvvəlcə nəzər yetirsələr də, daha sonra Paşinyanla iş görməkdən imtina etdilər. Rusiya da öz pullarını keçmiş sovet respublikasına yatırmağa tələsmir, bütün riskləri diqqətlə götür-qoy edir.

Həmin riskləri isə yalnız Qarabağdakı müharibə deyil, həm də Paşinyanın dövründə Ermənistan tərəfindən açılmış "Qazprom” və Rusiya Dəmir Yollarının "qızlarına” qarşı cinayət işi yaradır.

Əksər xarici investorlar üçün daha bir mənfi amil Paşinyanın Soros Fondu ilə sıx əlaqəsidir ki, onun əlaltıları Ermənistan iqtisadiyyatının idarə edilməsi sistemində, demək olar ki, bütün əsas vəzifələri tutub”.


Xəbər lenti