“Onun da Delyagin kimi üzr istəməsi istisna deyil” - Deputatla MÜSAHİBƏ
01 Aprel 2022, 18:35
01 Aprel
2022
18:35
601
7NEWS.az saytı Milli Məclisin deputatı Elşən Musayevlə müsahibəni təqdim edir.
Elşən müəllim, bir müddət öncə "Rossiya-24 ” Telekanalında rusiyalı deputat Delyagin tərəfindən Azərbaycana qarşı həqarətlər səsləndi. İndi isə Rusiya siyasi elitasının başqa bir üzvü, Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin elə təxminən Delyaginin ritorikasından istifadə edib və Azərbaycana qarşı sərt fikirlər səsləndirib. Bu iki hal arasında əlaqə varmı? Yoxsa sadəcə təsadüfdür?
Delyagin sonra üzr istədi. Hərçənd mənim məhz bu kontekstdə əxz elədiyim qənaət budur ki, o heç üzrxahlığında da səmimi deyildi. Daha sonra isə Putinin köməkçisi Peskov və Rusiya XİN-nin sözcüsü Zaxarova məlum mövzu haqda danışaraq belə bir bəyanatın, çıxışın yolverilməz olduğunu söylədilər. İndi də güman ki, yenə belə olacaq. Yəni, böyük ehtimalla Rusiya rəsmiləri Aleksandr Şerinin fikirlərinin dövlət mövqeyi olmadığını bəyan edəcəklər. Şerinin Delyagin kimi üzr istəməsi də istisna deyil.
Sualımın əsas qayəsi odur ki, bu iki çıxış, bəyanat arasında bir əlaqə varmı?
Düşünmürəm. Təsadüf ehtimalı daha çoxdur.
Niyə birdən-birə, ard-arda belə təsadüflər yaşansın, bəyanatlar səslənsin? Əvvəllər niyə səslənmirdi bəs?
Əvvəllər də olub. Sadəcə biri ilə digəri arasında zaman intervalı olduğuna görə gözə çarpmayıb.
Azərbaycan tərəfi belələrinə qarşı hansısa tədbirlər görməyi planlayırmı? Məsələn, diplomatik çərçivədə, nota formasında?
Delyaginə qarşı cinayət işi açılıb. Bu adam Azərbaycan tərəfindən İNTERPOL-a verilib. Baş Prokurorluğun İstintaq İdarəsi müəyyənləşdirib ki, Delyaginin fikirlərində 3 maddə üzrə cinayət tərkibinin əlamətləri var. Dərhal da ibtidai istintaq başlayıb. Bütün bunlar tədbir deyilmi?
Amma razılaşın ki, məlum cinayət işi qiyabi xarakter daşıyır və Delyaginin həbsinin, Azərbaycan məhkəmələri qarşısında cavab verməsinin reallaşması elə də rahat məsələ deyil.
Tam əksini düşünürəm. Delyagin artıq ölkə xaricinə çıxmaqda çox böyük çətinliklər yaşayacaq və konkret ərazilərə daxil olarkən onun Azərbaycana təhvil verilməsi də elə bir çətinlik yaratmayacaq.
Bu presedent başqalarına niyə dərs olmur?
"Dərs alma” anlayışı hər kəs üçün individual xarakter daşıyır. Daha dəqiqi, hər kəs qavradığı qədər danışır, bülüşür və mühakimə yürüdür. Bizim dediyimiz odur ki, Azərbaycan haqda danışarkən kimsə iftiraya yol verməsin, hamı həddini bilsin, ədalətli fikir yürütsün. Delyaginin fikirlərində isə birbaşa cinayət tərkibi vardı. Ona görə də Azərbaycan tərəfi lazım və doğru olanı etdi, ona qarşı cinayət işi başlanıldı.
Aleksandr Şerinə də eyni münasibət göstəriləcəkmi?
Hər kəsin lazımlı, gərəkli cavabı veriləcək.
Elşən müəllim, son zamanlar Milli Məclisin Sədri də sosial şəbəkələrdə qaraguruhun hədəfindədir. Çıxışındakı çox kiçik texniki xəta səbəbindən. Amma sözüm bunda deyil. Belə mülahizələr səslənir ki, Sahibə Qafarovanın hədəfə gəlməsində də rusiyameylli qüvvələrin xüsusi rolu var. Bu ehtimalla razılaşırsınızmı?
Sahibə xanım Azərbaycanın ən böyük dəyərlərindən biridir. Və bilmirəm o xanımın bəxtindəndirmi, taleyindəndirmi, yoxsa nədəndir, amma Sahibə Qafarova hələ Parlament Sədri olmayanda belə bu insana qarşı kənardan hər zaman müəyyən qısqanclıqlar sezilib. Həm də açıq sezilib. Xatırlayıram, Avropa Şurasında Komitə sədri və Büro üzvü seçilmişdi, burada elan edirdilər, efirdə adı səslənirdi, amma başqasının şəklini göstərirdilər. Yəni, Sahibə xanım belə şeylərə öyrəncəlidir. O, çox dözümlü və inanılmaz dərəcədə səbrli insandır. Hətta Spiker seçiləndən sonra da periodik olaraq Sahibə xanıma qarşı yersiz və mənasız kompaniyalar təşkil edildi, müəyyən qüvvələr onun nüfuzuna zərbə endirmək istədilər. Amma alındımı? Alınmadı. Niyə alınmadı? Çünki həmin qüvvələr Sahibə Qafarovanı "vurmaq” üçün ani bir boşluğu belə tapa bilmədilər. Bu insanın tər-təmiz, peşəkar karyerası var. İşi təmiz, ailəsi təmiz, tərcümeyi-halı təmiz. Nə ilə vursunlar? Heç nə ilə. Bir qalır, nitqini, aqıqlamalarını, müsahibələrini güdmək. Ki, eşələyib nəsə tapsınlar. Və inanın, yenə tapa bilmirlər. Tapa bildikləri də yalnız həmin insanların, qaraguruh ordusunun yalnız öz təbirincə böyük bir şeydir. Normalda isə ortalıqda heç nə yoxdur. Canlı çıxışdır, insan hansısa sözü səhv ifadə edə bilər. Burada şişirdiləsi nə var ki? Üstəlik, ən əsas məsələ: Sahibə xanıma elə adamlar irad tuturlar ki, onların bəzilərinin alnında agent damğası var. Məhz agent damğası! Amma bununla belə çıxıb efirə utanmaz-utanmaz danışırlar, keçmişlərini unudurlar, abırsız-abırsız mükalimə yürüdürlər.
Amma suala konkret cavab vermədiniz, bu hücumlarda rusiyameylli xəttin işartıları varmı?
Sahibə xanım qaraguruhun və 5-ci kolonun hədəfindədir. Həmin xəttin nümayəndələri isə hamıya meyllidirlər. Onlar istənilən cibdən çıxa bilərlər, istənilən adama və xəttə işləyə bilərlər, kimə desən donos ötürə bilərlər. Belələrinin konkret strategiyası olmur. Belələrinin mənəvi ünvanı olmur. Onlar sifariş qullarıdır. Azərbaycanı qarışdırmaq istəyənlər nə tapşırıq versələr, həmin istiqamətə də yön alacaqlar. Deyim ki, elə bu səbəbdən adlarını qaraguruh qoymuşuq. Qara və guruh. Tamamlanan tandemdir, deyilmi? Və nə qəribədir, həmin zümrənin nümayəndələri nə qara niyyətli olmaqdan yorulurlar nə də mənasızca guruldamaqdan. Sanki bu tərzi artıq həyat normasına çeviriblər.
Elşən müəllim, ən son sualımı verim: Parlamentdə 7 mandat öz sahibini gözləyir. Yaxında seçki gözlənilirmi?
Bu barədə heç bir ehtimalım və fərziyyəm yoxdur.
Təşəkkür edirəm müsahibə üçün...
Buyurun, mən təşəkkür edirəm.
Səbuhi Abbasov
7NEWS.az
Xəbər lenti
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...