Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”

Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”
"1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını çatdırmaq istəyirəm”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir.


M.Şentop qeyd edib ki, Qarabağın aid olduğu yerlərə, əsl sahibinə qaytarılması üçün türk xalqı dua edir:

"100 il öncə vətənimizin bir hissəsi işğal altında olanda, istiqlal şüarı altında milli mücadiləmizə başlayan Türkiyə Böyük Millət Məclisi zəfərə qədər Azərbaycanla bərabərdir. Biz Azərbaycanın şanlı mübarizəsinə tam dəstək veririk. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəlmişik. Bir kərə yüksələn bayraq, bir daha enməz deyirik”.

TBMM sədri Azərbaycana yönələn Ermənistan hücumlarını pislədiyini və bu hücumların nəticəsində şəhid olanlara Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı verib.

7News.Az

Xəbər lenti