“Müasir Azərbaycan Qadını-5” layihəsinin ikinci görüşü keçirilib

“Müasir Azərbaycan Qadını-5” layihəsinin ikinci görüşü keçirilib
         "Müasir Azərbaycan Qadını-5” layihəsinin ikinci görüşü keçirilib.
       Tədbiri açıq elan edən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qonaqları salamlayaraq, ekspertləri təqdim edib və layihənin proqramı haqqında məlumat verib.
  "Müasir Azərbaycan Qadını-5” layihəsinin ikinci görüşündə Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov,"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva ekspert qismində iştirak edərək, qadınları maraqlandıran sualları cavablandırdılar və öz həyat hekayələrindən bəhs ediblər.
Keçirilən görüşdə qadınları ən çox narahat edən problemlərə toxunaraq, psixoloji maarifləndirmə aparılıb və onlara məsləhətlər verilib. 
        Qeyd edək ki, layihənin əsas məqsədi psixoloji gərginlik yaşayan qadınlara dəstək olmaq, qadınların sosiallaşmasına kömək etmək, cəmiyyətimiz üçün təhsilli qadınların artırılmasına təkan vermək, öz biznesini qurmaq istəyən qadınlara düzgün biznes strategiyasını anlatmaq və psixoloji problemlərdən dolayı öz uğurunun ardınca gedə bilməyən qadınlara kömək etməkdir.
 
 
 

 
 

Xəbər lenti