Mingəçevirdə rəzalət: ŞƏHİD BULAĞINDA "ÇİV" VURDULAR - VİDEO

Mingəçevirdə rəzalət: ŞƏHİD BULAĞINDA
7NEWS.az xəbər verir ki, bu barədə TV7-yə şəhər sakinləri məlumat veriblər. Videosujetdən açıq-aydın görünür ki, Təbriz küçəsində yerləşən Şəhidlər bulağı sözün elə hər mənasında biabırçılıqdır. Bulağa taxta çiv vurulub, ətrafı isə çirkab içindədir. Zamanında sakinləri istirahət mərkəzi olan bu parkda indi ağaclar susuzluqdan quruyur. 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dünən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad edib, şəhidlərin əziz xatirəsinin ölkəmiz, xalqımız üçün nə qədər vacib olduğunu qeyd edib. Regionlardakı məmurlar isə bunun tam əksini edirlər. Sözügedən reportajı təqdim edirik: 


 

Xəbər lenti