Milli birliyimiz yeni zəfərlər yaradır
13 Aprel 2021, 17:07
13 Aprel
2021
17:07
856
Qarabağda erməni işğalçılarına qarşı aparılan 44 günlük Vətən müharibəsi ölkəmizin gücünü, qüdrətini beynəlxalq aləmə nümayiş etdirdi. Müharibə dövründə cəmiyyətin bütün təbəqələrinin bir nəfər kimi ölkə prezidentinin ətrafinda sıx birləşməsi bir daha Azərbaycan xalqının dünyanın ən böyük xalqlarından olduğunu göstərdi. Artıq işğala son qoyulub, bütöv və yenilməz Azərbaycan var. Qalib Azərbaycan erməni vandallarının viran qoyduğu ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların ailələri, Qarabağ müharibəsi əlillərinə, qazilərə diqqət və qayğısı dövlət siyasətinin prioritet istiqamətidir.
Vətən müharibəsindən keçən 5 ay ərzində bütün şəhid ailələrinin, qazilərinin, müharibə başa çatdıqdan sonra onun ağır nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən geniş tədbirlər həyata keçirilib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fərmanı ilə "YAŞAT” Fondu yaradılıb. Fondun vəsaiti hesabına şəhid ailələrinin, qazilərin, əlillərin istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlər həll olunur. Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir.
Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Eyni zamanda, "YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün humanist layihə həyata keçirək, onların analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinət, şəhidlərimizin yeni doğulan övladlarının adına isə bankda depozit hesabı açılır və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülür.
Əminliklə demək olar ki, "YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində əhəmiyyətli rola malikdir. Fonda daxil olunan vəsait şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi və digər istiqamətlərdə istifadə olunur. Cəmiyyət və dövlət birliyinin təcəssümü olan "YAŞAT” Fondunun işinin təşkili "ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin təcəssümüdür, eləcə də milli birliyin qorunmasına töhfədir. 30 ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir. Fondun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq.
Bütün bunlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışında deyib. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib: Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. O fikri vurğulamaq lazımdır ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə diqqət və qayğının göstərilməsin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1994-cü il avqust ayının 26-da Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərmanı müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan mütərəqqi addım oldu. Bu gün Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Qarabağ əlilərinə, şəhid ailələrinə qayğı, onların sosial-məişət problemlərinin həll edilməsi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Söz yox ki, dövlət dəstəyi hesabına qısa müddətdə bütün şəhid ailələrinin, qazilərinin sosial-məişət problemləri tamailə həll ediləcək. Həm də, işğaldan azad edilən ərazilərimiz də geniş quruculuq, abadlıq, inşa işləri aparılacaq, keçmiş qaçqın və məcburi köçkünlərimiz öz yurd, yuvalarına qayıdacaq və bununlada o yerlərdə yeni həyat başlayacaq.
Vüsar İsmayılov,
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini,
YAP Binəqədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR