Millət vəkili “Türk şəhidliyi” abidəsini ziyarət proqramında çıxış edib

Millət vəkili “Türk şəhidliyi” abidəsini ziyarət proqramında çıxış edib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 14 sentyabr 2022-ci il tarixində Türk Ağsaqqalları Birliyinin Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarmasının 104-cü il münasibətilə həyata keçirmiş olduğu Şəhidlər Xiyabanı və "Türk şəhidliyi” abidəsini ziyarət proqramında iştirak və çıxış edib.

Milli Məclisin deputatı Ramil Həsən Türk Ağsaqqalları Birliyinin təşkil etmiş olduğu bu önəmli və anlamlı tədbirdə 12-sentyabr gecə və 13- sentyabr səhər saatlarında ermənistanın təxribatçı hücumu nəticəsində həyatlarını itirmiş 50 igid Azərbaycan Şəhidini dərin hörmət və ehtiram hissi ilə yad edib. Azərbaycan və Türkiyə dostluğu və qardaşlığı 104 il bundan öncə necə idisə bu gündə o, dostluq və qardaşlığın Şuşa Bəyannaməsində taclandırılaraq, şəhidlərimizin qanı hopmuş olduğu torpağımızı göz bəbəyi kimi qorumaqla davam etdiyini vurğulayıb. Deputat Ramil Həsən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Şuşa Bəyannaməsinin imzalanma mərasimində vurğulamış olduğu "Bu gün ki, bu tarixi sənəd, bu tarixi bəyannamə, bu imzalar 100 il bunda öncə əcdadlarımız başlatmış olduğu yolun bu gün davamı və gələcək nəsillərə yol xəritəsidir" deyə ifadə etmiş olduğu tarixi kəlamı xatırladıb. Cənab Prezident İlham Əliyevin və Türkiyənin Cumhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğanın liderliyində bu gün sürətlə irəliləyən və güclənən Azərbaycan-Türkiyə müttəfiqliyi məhz elə Nuru Paşanın komutalığındakı qəhrəman Türk əsgərlərinin Bakını işğaldan azad etməklə bağlı canlarını fəda etmiş igid Türk oğullarının bu torpaqlarda xüsusilə bir daha yad edilməsinin önəmini və əhəmiyyətini vurğulayıb. 44 günlük Qarabağ zəfər savaşında Azərbaycan ordusunun qazanmış olduğu nailiyyətləri və ordumuz tərəfindən Vətən torpağımızı düşmən tapdağından azad etmək uğrunda həyata keçirilmiş olduğu misilsiz şücaətləri qəhrəmanlıq dastanı olaraq tərənnüm edib. Azərbaycan öz torpaqlarını liderimiz Ali Baş Komandan cənab İlham Əliyev sərkərdəli ilə iki yüz ildən sonra işğaldan azad edən dövlət olaraq tarixə qızıl hərflər yazıldığını vurğulayıb. Millət vəkili Ramil Həsən çıxışında bir daha Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında qəlbi Vətəni, torpağı və ölkəsi ilə döyünən Vətəninin birlik və bərabərliyi, eyni zamanda bütöv Azərbaycanın daha da güclü və qüdrətli olmasını istəyən hər bir şəxsi sıx birləşməyə çağırıb. Həmrəylik və dəmir yumruğun məhz liderimiz İlham Əliyevin başçılığı altında daima var olduğunu bir daha ifadə edib.

"Türk şəhidliyi" abidəsi önündə Millət vəkili Ramil Həsənin etmiş oldu çıxışın video görüntüsünü sizə təqdim edirik.
 
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti