Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası səslənən iddialara aydınlıq gətirdi
17 Dekabr 2021, 10:55
17 Dekabr
2021
10:55
756
"Media haqqında” Qanun layihəsinin Milli Məclisə daxil olana qədər çoxsaylı media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunmuş və ölkəmizin media mühitinin sağlamlaşdırılması baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan jurnalistlərin rəy və təklifləri nəzərə alınmışdır. Hazırda qanun layihəsi ilə bağlı müzakirələrdə media mənsubları ilə yanaşı cəmiyyətin müxtəlif sferalarının təmsilçilərinin də fəal iştirakı "Media haqqında” Qanun layihəsinə olan geniş ictimai marağın göstəricisi kimi tərəfimizdən təqdir olunur.
Qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Layihənin ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılmış, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılmışdır.
Qanun layihəsi nə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsi, nə də ki Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə ziddiyyət təşkil edir, əksinə müvafiq müddəaların tələbləri ilə səsləşir və onların müdafiəsi mexanizmini müəyyən edir.
Layihədə çoxsaylı müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir. Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.
Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı "vahid jurnalist vəsiqəsi” deyil, sadəcə "jurnalist vəsiqəsi”dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur.
Media subyektlərinin Reyestrə daxil edilməsi isə media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır.
Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan şəxslərə vəsiqənin verilməməsi məsələsinə münasibətdə isə bildirmək istərdik ki, 7 yaşına çatmayan, həmçinin əqli imkanları baxımından öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən, yəni fəaliyyət qabiliyyəti olmayan şəxslərin və 7 yaşından 18 yaşına qədər olan, yəni məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilmişdir.
Sadə prosedur tələblərlə müşayiət olunan jurnalist vəsiqəsini almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı olması şərti nəzərdə tutulmamışdır.
Təəssüflər olsun ki, jurnalist vəsiqəsi ətrafında davamlı olaraq reallığı əks etdirməyən fikirlər səslənir.
"Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyəti verir...” kimi fikirlər isə ümumiyyətlə qəbul edilən deyil və müzakirə yükü daşımır. Layihə qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləmir, çünki həmin fəaliyyət bu qanun layihəsinin predmeti deyil. Müvafiq layihə məhz peşəkar jurnalistikanın inkişafını və ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasını hədəfləmişdir.
Qanun layihəsi jurnalistin öz missiyasını yerinə yetirməsi üçün onun azadlıqlarını, o cümlədən xaricdə yaşamaq hüququnu məhdudlaşdırmır və belə bir yanaşma müzakirə obyekti ola bilməz.
Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənləşdirilərkən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının konkret müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad edilmişdir. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda da bu müddəa təsbit olunmuş, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğrultmuş və bu illər ərzində heç bir zaman müzakirələrin və mübahisələrin predmeti olmamışdır.
Qanun layihəsində "Hərbi vəziyyət haqqında”, "Fövqəladə vəziyyət haqqında”, "Dini ekstremizmə qarşı mübarizə haqqında”, "Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarına istinad edilmiş, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənmişdir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi fonunda göstərilən normaların məqsədəuyğunluğu qiymətləndirilə bilər. Belə ki hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin çərçivəsinin müəyyənləşdirilməsi ictimai asayiş maraqlarının və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlmişdir.
Qanun layihəsinə dair bəzi mülahizələrdə faktların və hadisələrin qərəzsiz və obyektiv şərh olunması, birtərəfliliyə yol verilməməsinə dair norma isə kontekstdən çıxarılmaqla təqdim olunmuşdur. Əslində isə müvafiq norma 14-cü maddənin məzmunundan da göründüyü kimi jurnalistin şərhinə deyil, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri nəzərdə tutur, yəni jurnalistlər üçün yox, media subyektləri üçün öhdəlik müəyyənləşdirir.
Göründüyü kimi çoxsaylı müzakirələrin predmetinə çevrilsə də, əslində Qanun layihəsinin qeyd olunan normaları tamamilə Konvensiyanın tələblərinə cavab verir və onun mahiyyəti ilə uyğunluq təşkil edir.
Qanun layihəsinin mətninə və mahiyyətinə tam bələd olmadan onun ətrafında aparılan müzakirələr bir çox hallarda yanlış qənaətlərin meydana çıxmasına səbəb olur ki, bunlardan biri də məhz sosial şəbəkələr və "blogger”lərin fəaliyyəti ilə bağlıdır. Müzakirə olunanların əksinə Qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və "blogger”lərin fəaliyyətinə şamil edilməmişdir.
"Platforma yayımçısı” anlayışı ilə bağlı irəli sürülən fikirlər isə tam olaraq yalnış yanaşmanın nəticəsidir. Belə ki, "platforma yayımçısı” ilə hazırda istifadə olunan "internet televiziya” anlayışı eyni deyildir və birinci daha geniş məfhumdur. "Platforma yayımçısı” dedikdə açıq yerüstü yayım üsulu istisna olmaqla, digər platformalardan (ödənişli yerüstü platforma, kabel, İPTV, OTT, birbaşa internet və s.) yayım həyata keçirən yayımçı nəzərdə tutulur. Yalnız platforma yayımçısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytından yayım, proqram cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməlidirlər ki, lisenziya üçün müraciət edə bilsinlər. Bu lisenziyanı əldə etməklə isə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.
"Peyk yayımı həyata keçirən platforma yayımçısı” lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcəkdir. Beləliklə, platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur. Bununla bağlı dəfələrlə aidiyyəti orqan tərəfindən açıqlamalar verilməsinə baxmayaraq, hələ də subyektiv mülahizələr ifadə edilməkdədir. Qeyd olunan məsələyə hüquqi müstəvidə daha da aydınlıq gətirilməsi məqsədilə layihəyə dəqiqləşdirici müddəanın əlavə edilməsinə dair təklifin verilməsi planlaşdırılır.
Müraciətdə qeyd olunan digər məqam isə audiovizual media üzrə tənzimləyici orqan funksiyalarını yerinə yetirəcək Audiovizual Şura ilə bağlıdır. Hazırda televiziya və radio yayımı üzrə tənzimləyici orqan Milli Televiziya və Radio Şurasıdır. Qanun layihəsində Audiovizual Şura ilə bağlı müddəalar hazırda mövcud olan qanunvericilikdə Milli Televiziya və Radio Şurası ilə bağlı hissələrlə (Şuranın formalaşdırılması, maliyyələşməsi, əsas vəzifələri və s.) uyğunlaşır. Hətta bir sıra müddəalarda Audiovizual Şuranın səlahiyyət imkanları məhdudlaşdırmışdır. Belə ki, Şura üzvlərinin sayı 9-dan 7-ə endirilmiş, eyni Şura üzvünün 2 dəfədən çox təyin olunmaq imkanı istisna olunmuş, səlahiyyət müddəti 6 ildən 5 ilə qədər azaldılmışdır.
Bundan əlavə, hazırda Milli Televiziya və Radio Şurasının yayımın dayandırılması üzrə az qala qeyri-məhdud səlahiyyətlərinin konkret pozuntular üzrə differensiallaşdırılmış yayım dayandırılması səlahiyyətləri ilə əvəzləşdirilməsi mütərəqqi yanaşma baxımından olduqca əhəmiyyətlidir.
Şuranın dövlət büdcəsindən maliyyələşməsinin onun fəaliyyətinin müstəqilliyinə xələl gətirəcəyi ilə bağlı iddialar gəlincə, qeyd olunmalıdır ki, bir çox Avropa ölkələrində tənzimləyici qurumların dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi mövcuddur.
İfadə və söz azadlığının yüksək səviyyədə təmin olunduğu ölkəmizdə dövlətin media sferasına hər hansı inzibati müdaxilə etmək niyyəti yoxdur. Əksinə media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin Nizamnaməsi ilə tanış olduqda onun yalnız medianın inkişafı yönümlü səlahiyyətlərinin olduğunu müəyyənləşdirmək çətin deyil. Lakin buna baxmayaraq belə yanaşmanı və bu sahədə görülən işləri dövlətin mediaya müdaxiləsi kimi qiymətləndirmək heç bir reallığı əks etdirmir.
Qanun layihəsi hələ Milli Məclisə təqdim edilənədək onlarla media subyektində onun təqdimatı olunmuş və yüzlərlə jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən qurulan effektiv kommunikasiyaya baxmayaraq Qanun layihəsi ətrafında hələ də həqiqəti əks etdirməyən fikirlərin səslənməsi təəssüf hissi doğurur. Bu kimi halların qarşısının alınması məqsədilə media nümayəndələri, ekspertləri və ictimai fəallardan fikir və rəylərini bildirərkən Qanun layihəsinin kontekstindən kənara çıxmamaları və layihənin məzmunu ilə yaxından tanış olmaları tövsiyə olunur.
"Media haqqında” Qanun layihəsi ilə bağlı yaranan hər hansı sual və ya narahatlıqlara açıqlama və izahat verməyə hər zaman hazır olduğumuzu bildirmək istərdik.
7News.Az
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV