MEDİA yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib

Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və beynəlxalq ekspertlərin iştirakı ilə "Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, "Sabah" qəzetinin əməkdaşı Mahmud Övür və "Star” qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.
Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki, MEDİA Agentliyi çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və dərgilərin elektron versiyasının yerləşdiriləcəyi "E-köşk” platformasının yaradılması prosesini başa çatdırmışdır. İcraçı direktor bildirib ki, dövlət dəstəyinin məqsədi çap mediasının yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir.
Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini vurğulayıb.
Dəyirmi masada müzakirəyə qatılan Türkiyədə akkreditasiyadan keçmiş beynəlxalq media subyektlərinin təmsilçiləri medianın müasir trendləri ilə bağlı fikirlərini bildirib və Türkiyə təcrübəsindən çıxış edərək rəqəmsal media mühitinə keçidlə bağlı düşüncələrini bölüşüblər.
Xəbər lenti
-
18:50Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:12Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:23Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:34Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:25Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:18Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
-
13:33MEDİA fərdi jurnalist müsabiqəsi elan edib
-
14:02Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”
-
11:51Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR
-
11:25Bölgədə sülhün təmin olunmasında Azərbaycan müstəsna rola malikdir
-
10:09Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”
-
18:03MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
-
14:48“Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir” AÇIQLAMA
-
13:09DTX əməliyyat keçirib, Müdafiə Nazirliyinin hərbçisi tutulub
-
11:40Qətər dövləti erməni “qatarında”
-
10:01Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
-
00:57Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var
-
22:26Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir - ŞƏRH
-
19:52MEDİA-da AŞ-nın məruzəçilər qrupu ilə görüş keçirilib
-
18:33Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
-
17:22Avropa Şurası GR-DEM üzvü olan səfirlərdən ibarət nümayəndə heyəti QHT Agentliyində olublar
Digər xəbərlər
-
SOSİAL
Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
MƏDƏNİYYƏT, SOSİAL
“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SOSİAL
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
SOSİAL
QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
SOSİAL
Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
SOSİAL
Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
SOSİAL
Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
SOSİAL
Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb