MEDİA Agentliyində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib

MEDİA Agentliyində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib
İyunun 16-da Medianın İnkişafı Agentliyində "Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib.

 Görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində "Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

 Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti