LOBBİ.az saytının daha bir təqdimatı keçirildi – GƏNCƏDƏ+FOTOLAR

LOBBİ.az saytının daha bir təqdimatı keçirildi – GƏNCƏDƏ+FOTOLAR

21 iyun 2019-cu il tarixdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı "LOBBI.az informasiya portalının hazırlanması” layihəsinin növbəti təqdimatı edib. QHT,  media rəhbərləri və gənclər iştirak ediblər.

 

YAP Gəncə təşkilatının konfrans zalında baş tutan təqdimatı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək layihə haqqında geniş məlumat verdi. ASGA-nın əsas strateji profillərindən birinin də diaspor siyasəti olduğunu deyən S.Abbasov ASGA-nın bu gün Rusiyada, Ukraynada, Polşada və Belarusda nümayəndəliklərinin fəaliyyət göstərdiyini dedi. Sonda S.Abbasov bu layihəyə dəstək olduğuna görə Şura rəhbərliyinə və katibliyinə təşəkkür edib.

Daha sonra YeniÇağ Media qrupun rəhbəri Aqil Ələsgər çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. A.Ələsgər müasir dünya çağırışlarına adekvat olaraq belə informasiya mərkəzlərinin yaradılmasının zəruri olduğunu bildirdi.

Vətənİnfo.az saytının baş reaktoru Nahid Canbaxışlı isə çıxışında müasir dünyanı öz cənginə alan informasiya müharibəsindən danışdı. Bütün sahələrdə olduğu kimi diaspor sahəsində də yeni resursların yaradılmasını vacib hesab edən N.Canbaxışlı LOBBİ.az saytının bu istiqamətdə mühüm işlər görəcəyinə əmin olduğunu dedi.

Azərbaycan Diaspor informasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiliçıxış edərək lobbiçiliyinin inkişafında innovativ alətlərin tətbiqinin vacib olduğunu dedi. T.Allahverdili dünya azərbaycanlılarının informasiya təminatına tövhə verəcək istənilən təklifin diaspor siyasətinə müsbət təsir edəcəyini dedi.

Tədbirin sonunda LOBBİ.az saytı iştirakçılara təqdim edildi.

 

ASGA.az

 

 











Xəbər lenti