Laçının Azərbaycan iqtisadiyyatı üçün əsas rolu açıqlandı

Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə məlumat verib.
O bildirib ki, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan və işğaldan azad olunan Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Rayonun ərazisi 1.84 min kvadrat kilometr olmaqla, 8 avqust 1930-cu il yaranıb. Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 km-dir. Rayonda 1 şəhər - Laçın, 1 qəsəbə - Qayğı və 125 kənd var. Burada əhalinin sayı - 77,7 min nəfər, sıxlığı isə bir kilometr kvadratda 42 nəfərdir. 2009-cu ilin əhalinin siyahıyaalınması məlumatına əsasən əhalinin 96 faizi azərbaycanlılardan ibarətdir və əhalinin 83 faizi kənd yerlərində yaşayır.
Onun sözlərinə görə, rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq, əhəng istehsalına yararlı Laçın əhəngdaşı və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli, kərpic-kirəmit istehsalına yararlı Novruzlu gil yataqları və istismar ehtiyatları günlük 430 min kub metr olan Minkənd mineral su yataqları var.
N.Hacızadə əlavə edib ki, bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib.
Bu bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Buna görə də Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır və Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq.
Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yeri fermerlər üçün əlavə imkanlar yaradır.
Kənd təsərrüfatında əsas bitkiçilik məhsullarının dənli və dənli paxlalıların istehsalı 2450 ton olmaqla üstünlük təşkil edir. Digər kənd təsərrüfatı məhsullarından şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkilərini söyləmək mümkündür. Əhali burada, əsasən, heyvandarlıqla məşğul olmuş və iri buynuzlu mal-qara, arı, qoyun və keçilər saxlayıb.
Eləcə də, Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf edib. Dünyada "Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması Laçın rayonun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Qarabağın yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq.
Qeyd edilib ki, burada işğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, beş musiqi məktəbi, bir internat məktəbi, bir orta texniki peşə məktəbi fəaliyyət göstərib.
Xəbər lenti
-
21:33Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi-FOTO
-
10:30Lavrov Qarabağdakı sülhməramlılara status istəyir
-
10:00Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
-
17:22Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
-
16:32Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
12:16Şuşada yeni yarımstansiya tikilir - VİDEO
-
11:00“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video
-
10:30Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı - FOTO
-
10:00Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Şou-aksiya
-
21:41Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO
-
17:03Şuşada hündür televiziya qülləsi tikilə bilər
-
15:38YAŞATmağa davam!
-
11:00Qarlı havaya görə Bakının bəzi yollarında sürət həddi endirildi - FOTO
-
10:30Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
-
10:00Ayvazyanla Paşinyanın Şuşa üstündə davası
-
19:0220 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib
-
12:14İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
12:04Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək
-
12:00Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA
-
11:30Şuşadakı tarixi abidələrə baxış keçirildi
-
11:00"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
-
10:48Мехрибан Алиева сделала публикацию в связи с 31-й годовщиной трагедии "Черного Января" - ФОТО
-
10:30Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
10:00Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO
-
00:0620 Yanvar hadisələrindən 31 il ötür
-
00:01İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
-
13:24Şuşada 2 su mənbəyi bərpa olunub, tələbatın yaxşılaşdırılması üçün su maşını ayrılıb
-
13:08Soydaşlarımızın Qanlı Yanvar harayı
-
11:00Qarabağa qayıdan ermənilərin sayı 50 mini keçdi
-
10:30Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
-
10:00Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
-
12:35Şuşaya aparan yeni yol istifadəyə verilib - FOTO
-
12:05Şuşada ilk çörək bişirən Azərbaycanlı aşpaz əsgər - FOTOLAR
-
11:30"Şuşaya "İsgəndər" atmışdıq"- İrəvanda sensasiyalı etiraf - VİDEO - FOTO
-
11:10Şamaxıda yaşıllıqların sahəsi daha da genişləndirilir - FOTOLAR
-
11:07Şuşada beşmərtəbəli binada yanğın olub
-
11:00Cəbhə boyu ərazilərdə partlamamış hərbi sursat aşkarlandı - FOTO
-
10:57“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:30Azərbaycanda 2 gün əvvəl ordudan tərxis olunan könüllü əsgər niyə öldü? - SƏBƏB
-
10:00SMS icazə ləğv edildi
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
GÜNDƏM
Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
-
GÜNDƏM, SİYASƏT
Azay Quliyev: Əminəm ki, Prezidentin islam və xristian dünyasına Şuşadan verdiyi mesajlar ünvanına çatıbdır
-
GÜNDƏM
SON DƏQİQƏ: Vüqar Səfərli HƏBS EDİLDİ - ŞOK FAKTLAR
-
GÜNDƏM, FACİƏ
Ömrünün 12 ilini hərb sənətinə həsr edən şəhid gizirimizin həyat yolu - VİDEO
-
GÜNDƏM
Qazi anası: "Göyçay icra başçısı dedi ki, biz qazi ailələrinə kömək etmirik, Prezident özü..." - VİDEO
-
GÜNDƏM, DÜNYA
Ermənistanda Paşinyanın qətlinin mümkünlüyündən danışılıb
-
GÜNDƏM, SOSİAL
ASGA Vətən müharibəsində şəhid olan 2 qardaşa film çəkəcək - MİNGƏÇEVİRDƏ
-
GÜNDƏM, SOSİAL
Bu gün Milli Qəhrəman Polad Həşimovun DOĞUM GÜNÜDÜR