"Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri" mövzusunda dəyirmi masa keçirilib - MOSKVADA

Rusiyanın paytaxtı Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində bu gün "Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri" mövzusunda dəyirmi masa keçirilib.

Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazardır və bu ölkəyə ixracda kənd təsərrüfatı məhsulları xüsusi yer tutur. Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir. Bu baxımdan iki ölkə arasında aqrar ticarətin genişləndirilməsi, aqrar tədqiqatlar sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi istiqamətində geniş müzakirələr apardıq. Ümid edirəm ki, əlaqələrimiz daha da inkişaf edəcək. Kənd təsərrüfatı məhsullarının ixrac potensialı daha da artacaq.
 
Shushapost.Az

Xəbər lenti