Karantin müddəti yenidən uzadıla bilər — RƏSMİ

Karantin müddəti yenidən uzadıla bilər — RƏSMİ

"Xəstəliyin təsdiqi üçün aparılan testin nəticəsi orta hesabla 24 saat ərzində açıqlanır”.

 

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

 

Onun sözlərinə görə, koronavirusa yoluxma diaqnozu PSR üsulu ilə aparılır: 

 

"Testlərin nəticələri altı saat ərzində açıqlanır. Amma test nəticəsinin sistemə yüklənməsi bir qədər vaxt alır. Buna görə nəticənin açıqlanması gecikə bilər. Digər tərəfdən, xəstəliyin sayı artdıqca müraciətlərin də sayı çoxalır”.

 

V.Əliyev əlavə edib ki, koronavirusa yoluxma sayında artım olarsa, karantin rejiminin müddəti artırıla bilər. 

 7News.Az

Xəbər lenti