İnformasiyadan istifadə qaydası təsdiqləndi

İnformasiyadan istifadə qaydası təsdiqləndi
Azərbaycanda media subyektinin digər media subyektinin informasiyasından necə istifadə edəcəyi məlum olub.

Bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan "Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Bundan əlavə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xəbər lenti