İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI

İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Azərbaycan ərazisindən Ermənistana qaz nəql olunmasından danışıb. 

Prezident deyib ki, buna səbəb Rusiyanın qaz kəmərində təmir işlərinin getməsidir. 

"Biz buna "yox” deyə bilərdik, lakin "hə” dedik. Çünki bu başqa yanaşmadır, başqa jestdir”, - deyə İlham Əliyev əlavə edib. 

Qeyd edək ki, bu ilin martın ortalarından etibarən Rusiya qazının Ermənistana tədarükü "Şimali Qafqaz - Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçirilir. 

Martın 16-da "Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb. 

Xəbər lenti