İctimai Şuralar üçün onlayn portalın yaradılması

12 Yanvar 2021, 14:20
12 Yanvar
2021
14:20
97
Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılır.
Son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımlar atılmaqdadır. Bu prosesdə vətəndaş cəmiyyət təşkilatlarının rolu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planının 5.5. maddəsində "İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.
Ölkə başçısının sərəncamı ilə bağlı ötən bir ildə müxtəlif müzakirələr aparılmış və İctimai Şuralar ilə bağlı müəyyən çatışmamazlıqların olması diqqətə çatdırılmışdır.
Bu baxımdan Milli Fəaliyyət Planına qeyd olunun istiqamətlər üzrə tövhələr vermək məqsədi ilə İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin ekspertləri tərəfindən İctimai Şuralar üçün onlayn portalın yaradılması” təşəbbüsünə start verilmişdir.
Təşəbbüs Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən "Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində həyata keçirilir.
Bu təşəbbüs çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar üçün mərkəzləşdirilmiş onlayn platforma – www.publiccouncil.az (www.ictimaishura.az) saytı hazırlanacaq.
Layihənin əsas hədəfi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlılığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla, fəaliyyət göstərdikləri dövlət qurumlarının fəaliyyətində şəffaflığının artırılmasına yardımçı olmaqdır.
Layihənin məqsədi informasiya mübadiləsi, ictimaiyyətlə qarşılıqlı fəaliyyət üzrə ictimai şuraların potensialı genişləndirmək, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılmasına dəstək verməkdir.
Layihə çərçivəsində İctimai Şuraların vahid bazası yaradılacaq, İctimai Şuralara keçirilən seçkilər haqqında məlumatlar veriləcək, seçki dövründə maarifləndirmə kampaniyası, mövzular ilə bağlı debatlar təşkil olunacaq, İctimai Şuraların fəaliyyəti haqqında ictimaiyyət məlumatlar veriləcək. Yaradılacaq www.publiccouncil.az (www.ictimaishura.az) saytında İctimai Şuraların məlumatlarının müstəqil yeniləməsi üçün funksionalıq təmin olunacaq və hər bir ictimai şura üçün subsaytlar formalaşdırılacaq.
Qeyd edək ki, bu təşəbbüs Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə, "Family Health International” (FHI 360), Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) və MG Consulting təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Təşəbbüsün icrası jurnalist-ekspert Cəsarət Hüseynzadəyə həvalə olunmuşdur.
Shushapost.Az
Xəbər lenti
-
13:30“Şuşanın süqutu tamamilə müəmmadır, mən orada idim...” – Seyran Ohanyan
-
13:10Dövlət Bağçalı Şuşada tikiləcək məktəbin eskizini göstərdi - VİDEO
-
11:31“Qalanın önündə, qarın üstündə diz çöküb Şuşadan üzr istədim”
-
11:00“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:30Suraxanıda şəhid ailələri ziyarət edilir - FOTOLAR
-
10:00Ermənilərin Şuşaya "İskəndər" atmaq planı - Paşinyan xalqı necə aldadıb?
-
18:04Naqif Həmzəyev: "Nizami Gəncəvi ilində mərkəz Gəncə şəhəri olacaq"
-
11:00Cəbhəyanı ərazilərdə ermənilərin basdırdıqları minalar zərərsizləşdirilib - FOTO/VİDEO
-
10:30Azərbaycanda karantin rejimi yumşaldıldı
-
10:09Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
-
21:33Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi-FOTO
-
10:30Lavrov Qarabağdakı sülhməramlılara status istəyir
-
10:00Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
-
17:22Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
-
16:32Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
12:16Şuşada yeni yarımstansiya tikilir - VİDEO
-
11:00“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video
-
10:30Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı - FOTO
-
10:00Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Şou-aksiya
-
21:41Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO
-
17:03Şuşada hündür televiziya qülləsi tikilə bilər
-
15:38YAŞATmağa davam!
-
11:00Qarlı havaya görə Bakının bəzi yollarında sürət həddi endirildi - FOTO
-
10:30Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
-
10:00Ayvazyanla Paşinyanın Şuşa üstündə davası
-
19:0220 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib
-
12:14İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
12:04Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək
-
12:00Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA
-
11:30Şuşadakı tarixi abidələrə baxış keçirildi
-
11:00"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
-
10:48Мехрибан Алиева сделала публикацию в связи с 31-й годовщиной трагедии "Черного Января" - ФОТО
-
10:30Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
10:00Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO
-
00:0620 Yanvar hadisələrindən 31 il ötür
-
00:01İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
-
13:24Şuşada 2 su mənbəyi bərpa olunub, tələbatın yaxşılaşdırılması üçün su maşını ayrılıb
-
13:08Soydaşlarımızın Qanlı Yanvar harayı
-
11:00Qarabağa qayıdan ermənilərin sayı 50 mini keçdi
-
10:30Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
26 Yanvar 2021
25 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021
Digər xəbərlər
-
SOSİAL
“Qalanın önündə, qarın üstündə diz çöküb Şuşadan üzr istədim”
-
SOSİAL
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SOSİAL
Suraxanıda şəhid ailələri ziyarət edilir - FOTOLAR
-
SOSİAL, SİYASƏT
Naqif Həmzəyev: "Nizami Gəncəvi ilində mərkəz Gəncə şəhəri olacaq"
-
SOSİAL
Cəbhəyanı ərazilərdə ermənilərin basdırdıqları minalar zərərsizləşdirilib - FOTO/VİDEO
-
SOSİAL
Azərbaycanda karantin rejimi yumşaldıldı
-
SOSİAL
Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi-FOTO
-
GÜNDƏM, SOSİAL
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
SOSİAL
Şuşada yeni yarımstansiya tikilir - VİDEO