Hüquqşunaslarla bağlı iş elanı: VAKANT YERLƏRİN SİYAHISI

Hüquqşunaslarla bağlı iş elanı: VAKANT YERLƏRİN SİYAHISI
Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas  vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir. 

Mövcud vəzifələr:

Publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 2

aparıcı mütəxəssis – 1

 

Xüsusi hüququn ekspertizası şöbəsi - 4 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 1

aparıcı mütəxəssis – 2

 

Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 1

aparıcı mütəxəssis – 1

 

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər: 

·        Hüquqşünaslıq ( beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi; 

·        Hüquq sahəsində azı 3 il iş təcrübəsi; 

·        Ən azı bir xarici dil biliyi.

Əlavə üstünlüklər:

·        Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;

·        Magistr və ona bərabər ali hüquq təhsili.

Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək. 

Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected]  emailinə göndərə bilərlər. 

Son tarix: 10 avqust 2022-ci il

Xəbər lenti