Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2021, 10:09
25 Yanvar
2021
10:09
93
Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlib.
Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. 10 yaşında atası Tağıyevi bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 15 yaşında ikən Zeynalabdin bənnalıq etməyə başlayıb.
O, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəsti-xətti hiss edilir.
Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan biri idi.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "Hacı Zeynalabdin” şirkətini yaradır. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınır və burada neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və o, podratçılığı buraxaraq neft işinə başlayır.
Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı "H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verir və ən yeni avadanlıq quraşdırır.
Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o neft zavodları alır. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.
Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.
Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib.
Xəbər lenti
-
13:04Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
11:26Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
-
17:29Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
15:40Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
15:37Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq
-
15:30Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
13:15İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM
-
11:43Avropa İttifaqı və UNFPA Azərbaycanda ataların uşağa qulluqda iştirakının təşviqi məqsədilə Atalar Məktəbləri yaradır
-
16:56İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
-
16:10İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
-
13:52İlham Əliyev iranlı jurnalistə irad bildirdi: “Dediyinizin arxasında durmalısınız”
-
12:18Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi – VİDEO
-
12:12Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar - VİDEO
-
11:59Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı
-
19:57“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib - MİNGƏÇEVİRDƏ
-
19:49Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
19:34ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
-
17:30Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri
-
17:08Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
16:41“Pray for Ganja”
-
11:59Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
10:54"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
16:19Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI
-
11:48Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı
-
17:17Ramil Həsən: "'TƏK MİLLƏT, TƏK ÜRƏK' Beynəlxalq Humanitar Platforması 2000 Şəhid və Qazi ailəsini əhatə edib"
-
16:28Estoniya küçəsində Xocalı soyqırımı haqqında böyük banner asılıb
-
13:59Mingəçevirdə daha bir nümunəvi məhəllə istifadəyə verildi - QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM EDİR
-
13:24Deputat hərbçilərin maaş məsələsini QALDIRDI
-
13:03Muğanbank Çinin “Bir Kəmər Bir Yol” layihəsinə (BRBR) qoşulan ilk Azərbaycan Bankı oldu
-
18:45“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
-
12:46“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12:3860 hərbçidən Hadruta ilk girən Vətən Müharibəsi qazisi ilə bağlı PREZİDENT VƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT - FOTOLAR
-
16:35Mingəçevirdə turizm yeni mərhələyə qədəm qoyur: MÜHÜM GÖRÜŞÜN TƏFƏRRÜATI
-
10:30ABŞ-ın Skoki şəhərinin meri Xocalı qətliamının ildönümü ilə bağlı bəyannamə imzalayıb - FOTO
-
10:00“Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” - Tələsmək lazım deyil...
-
22:14Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
-
18:10Azay Quliyev seçicilərlə videogörüş keçirib
-
14:46Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Şuşa elektriklə təmin olunub - VİDEO
-
13:24“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
-
11:00“Horadiz “İsgəndər”lə vurulmalı idi...” - Sarkisyan
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021
25 Fevral 2021
24 Fevral 2021
23 Fevral 2021
22 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
SİYASƏT
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
SİYASƏT
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
SİYASƏT
ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO
-
GÜNDƏM, SİYASƏT
Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
SİYASƏT
Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
SİYASƏT
"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
SİYASƏT
Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI
-
SİYASƏT
Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı
-
SİYASƏT
Ramil Həsən: "'TƏK MİLLƏT, TƏK ÜRƏK' Beynəlxalq Humanitar Platforması 2000 Şəhid və Qazi ailəsini əhatə edib"