Günel Səfərova: Beynəlxalq təşkilatlar 30 il ərzində harada idilər? - VİDEO

Günel Səfərova: Beynəlxalq təşkilatlar 30 il ərzində harada idilər? - VİDEO

Çıxışıma başlamadan əvvəl erməni rəsmisinə bir fikir bildirmək istəyirəm ki, Ramil Səfərovun işini xatırlayarkən, Parisdə hava limanını partladan terrorçulardan biri olan, ASALA-dan olan erməni millətçisi Varoujan Garabedian işini də xatırlayın. Yerevan şəhərinin meri onunla görüşüb və onu yaşayış və işlə təmin edəcəyini öhdəsinə götürmüşdü.

 

Bu sözləri sentyabrın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən insan ölçüsü üzrə konfransda çıxışı zamanı "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib.


"Müasir dünyanı narahat edən əsas problem beynəlxalq təhlükəsizlik məsələsidir. İrqi ayrı-seçkilik, radikalizm, ekstremizm, ksenofobiya, islamofobiya kimi gücləndirici amillər beynəlxalq təhlükəsizliyə əsas təhdidlərə çevrilməkdədir.


 Təəssüflər olsun ki, dindən siyasi məqsədlər üçün istifadə edilməsi və qarşıdurma mərkəzlərinin yaradılması nəticəsində kütləvi qaçqın, məcburi köçkün və miqrant axını və dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin sökülməsinə səbəb olur. Şübhə yoxdur ki, bəzi dövlətlər öz geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirmək üçün silahlı terrorçu qruplar yaradır və onlardan istifadə edirlər;
Hazırda dinlərarası və mədəniyyətlərarası dialoqun dirçəldilməsi çox vacib və zəruri görünür. 


Bütün beynəlxalq təşkilatlara, dünyanın mötəbər dini mərkəzlərinə, dövlətlərinə bu istiqamətdə bütün səylərini birləşdirməsi lazımdır. Bu baxımdan Azərbaycan Respublikası bu missiyanı ən yaxşı şəkildə həyata keçirmək üçün öz mənəvi borcunu yerinə yetirmək üçün hər cür səy göstərir. Etnik-dini abidələrə ayrı-seçkilik etmədiyini, əksinə, fərqli mədəniyyətlərə hörmət etdiyini göstərir.


İndi mən burada təmsil olunan bəzi beynəlxalq təşkilatların narahatlığını eşitdim. Sualım var o təşkilatlar 30 il ərzində harada idilər? Və mən onları vəziyyəti qiymətləndirməyə və münaqişədən sonrakı real vəziyyətə qərəzli yanaşmadan hesabat verməyə dəvət etmək istərdim”

Xəbər lenti