Gənc İqtisadçıların Yay Düşərgəsi keçirilib

Gənc İqtisadçıların Yay Düşərgəsi keçirilib

6-8 sentyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənc Mühasiblər Birliyinin təşkilatçılığı ilə Şamaxıda, Vergilər Nazirliyinin Tədris Mərkəzində İqtisadçıların Yay Düşərgəsi təşkil edilmişdir. Açılış mərasimində Gənc Mühasiblər Birliyinin rəhbəri Solmaz Əliyeva təmsil etdiyi birlik haqqında ətraflı məlumat verərək bildirib ki, bugünkü yay düşərgəsinin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Sonra iştirakçılar üçün təlimlərə start verilib. Vergilər Nazirliyinin Təlim Tədris Mərkəzinin əməkdaşı Azər Mustafayev vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı təqdimatla çıxış edib. İlk istiqamət üzrə təlimlər ölkənin iqtisadi sahədə peşəkar ekspertləri - Ruslan Atakişiyev, Firudin Sultanov, Elsevər İbadov tərəfindən Şərikli Biznes, 360 dərəcə mühasibatlıq, mühasibat uçotunda yerli və beynəlxalq sertifikatlar mövzusunda təlimlər aparılıb. Düşərgənin ikinci günü "Karyera", "Layihələrin yazılması və idarə olunması", "Şəxsi inkişaf və natiqlik", "Qan qrupu və sən" mövzularında təlimlər keçirilib. Təlimlər ölkənin iqtisadi sahədə peşəkar ekspertləri - Amin Məmmədov, Coşqun Əzimsoy, Sevda Tahirli tərəfindən aparılıb. İştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün meditasiya təşkil olunub. Yay düşərgəsində 40-a yaxıngənc iqtisadçı tələbə və ölkənin peşəkar ekspertləri iştirak edib. Sonda iştirakçılar sertifikatlarla təltif olunub.



Xəbər lenti