Fransa “ilhaq”a “Zvartnos”dan başladı
13 Mart 2024, 14:32
13 Mart
2024
14:32
115
Ermənistanın "Zvartnos” hava limanındakı Rusiya hərbçiləri ilə bağlı atacağı addımların təlimatı hələ 2021-ci iyulunda, həm də həmin dövrdə Fransanın bu ölkədəki səfiri Conatan Lakotun vasitəsilə verilib. Daha dəqiq desək, ictimailəşdirilib.
Fransalı səfir sözügedən "ictimailəşdirmə” xarakterli açıqlamasında qeyd edib ki, Fransa Ermənistanın enerji və infrastruktur sahələrində, o cümlədən dəmir yolu sektorunda yer almaq istəyir və bu Fransanın Ermənistandakı iqtisadi mövcudluğuna keyfiyyət dəyişiklikləri qata bilər. Sitat: "Dəmir yolu sahəsinə gəlincə, İrəvan – "Zvartnos” hava limanı - Eçmiədzin və Armaviri vahid dəmir yolu bağlantısı ilə birləşdirəcək layihənin həyata keçirilməsi ideyası var. Və təbii ki, biz regional dəmir yollarının tikintisi layihələrini nəzərdən keçirməyə də hazırıq”.
Ermənistanın baş naziri Nikol Paşinyanın martın 12-də keçirdiyi mətbuat konfransında "Zvartnos” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı qərarını iqtisadi amillərlə əlaqələndirilməsi də məsələnin təməlində "fransız barmağı”nın olduğunu təsdiqləyir.
Amma Fransa, təkcə "Zvartnos” hava limanı ilə kifayətlənmək niyyətində deyil və bu, fransız səfirin iqtibas gətirdiyim açıqlamasından da açıq-aşkar sezilir. Növbəti addım, çox güman ki, Rusiya şirkətlərinin nəzarətində olan enerji və dəmir yolu sektorlarını da əhatə edəcək.
Qeyd edim ki, 2008-ci il fevralın 13-də İrəvanda "Rusiya Dəmir Yolları” ASC ilə Ermənistan Respublikası arasında dövlətə məxsus "Ermənistan Dəmir Yolu” QSC-nin "Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinə verilməsi haqqında konsessiya müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə işin ilk iyirmi ilindən sonra daha 10 il uzadılması hüququ ilə konsessiya idarəçiliyi müddəti 30 ildir. Beləliklə, "Ermənistan Dəmir Yolu” QSC-nin "Rusiya Dəmir Yolları”nın 100%-lik törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinə verilməsi ilə bağlı müqaviləyə, ən geci 2038-ci ildə xitam verilə bilər. Müqavilənin müddətinin şərtlərə və öhdəliklərə uyğun olaraq, 10 il tez, yəni 2028-ci ildə başa çatması da mümkündür. Tərəflərdən birinin öhdəliklərinə əməl etməməsi, yəni Rusiyanın "Ermənistan dəmir yollarının inkişafına sərmayə yatırmaması” isə müqaviləyə daha tez, elə yaxın günlərdə son qoyulmasına əsas verə bilər.
Ermənistanın elektrik sektoruna gəldikdə isə, xatırladım ki, "Ermənistan Elektrik Şəbəkələri” QSC-nin səhmlərinin 100%-i 2015-ci ilin sentyabrından "Tashir Group”un nəzarətindədir. Sahibi Samvel Karapetyan olan "Tashir Group” Rusiya şirkətidir və əsas aktivləri, məhz Rusiyada yerləşir. Forbes-in məlumatına görə, Karapetyanın şirkəti Rusiyada 830 min kvadratmetr pərakəndə satış, 61 min kvadratmetr ofis daşınmaz əmlakı, ticarət və əyləncə mərkəzləri şəbəkəsi də daxil olmaqla 33 ticarət mərkəzinin sahibidir. Yəni erməni olsa da, "noxtası” Rusiyanın əlindədir. Çünki Ermənistan elektrik şəbəkələrindən qazandığı vəsait, ən yaxşı halda, Karapeytanın təkcə Rusiyadakı əmlakının icarəyə verilməsindən qazandığı pulların 8%-ni təşkil edir.
Fransız səfirin anons xarakterli açıqlamasından göründüyü kimi Fransa Ermənistanın elektrik şəbəkəsinə də sahiblənmək niyyətindədir. "Sahiblənmə”nin hüquqi baxımdan necə həyata keçiriləcəyini bilmirəm. Bunu zaman göstərəcək.
Ermənistanın qaz nəqli sisteminə gəldikdə isə, buraya 1682,2 km-lik qaz kəmərləri və qaz qolları daxildir. Ermənistanda dövlətlərarası boru kəmərləri və respublikadaxili təbii qaz paylayıcı şəbəkəsinin səhmlərinin 100%-i Rusiya "Qazprom”unun törəmə müəssisəsi olan olan "Qazprom Ermənistan” şirkətinə məxsusdur. Fransanın bu sektora müdaxiləsi inandırıcı görünməsə də, bu sahədə Parisin Tehranla anlaşa biləcəyi ehtimalı var. Fransanın Ermənistandakı yeni, yəni bu ölkəyə Conatan Lakotdan sonra gələn səfiri Olivye Dekotininin ötən həftə "Armenpress”ə müsahibəsində ölkəsinin İranla bir çox məsələlərdə fikir ayrılığınin olduğuna baxmayaraq, Ermənistanla bağlı yekdil olduğunu bəyan etməsi də belə bir ehtimalın mümkünlüyü barədə düşünməyə əsas verir.
İranın son günlər ölkəmiz əleyhinə ikinci Qarabağ müharibəsindən öncəki təxribatlarını, çirkin əməllərini təkrarlamağa cəhd göstərməsindən isə belə anlaşılır ki, Tehran Parislə sinxron hərəkət etməkdədir.
Baş verənlərin fonunda Rusiyanın ənənəvi ətalətli davranışlarında dəyişikliklərin, ehtiyatlı "oyanmalar”ın baş verməsi, Moskvanın hələlik bilavasitə öz ərazisindən həyata keçirəcəyi təzyiq tutarğaclarını işə salmasına gətirib çıxara bilər. Hər halda hadisələrin dinamik inkişafı "böyüklükdən döğan ətalət”in sükutunu da poza bilər.
Elçin Mirzəbəyli
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...