Ermənistanın bütün HHM sistemi Azərbaycan generallarının tələsinə düşdü
Azərbaycanla münaqişə zamanı Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin kifayət qədər böyük itkiləri həm erməni HHM qruplaşmasının hesablamalarının olmaması, həm də Türkiyə hərbi texnikasının xarakteristikalarının, onun tətbiq edilməsinin müasir taktikası ilə bağlıdır.
7News.Az xəbər verir ki, bunu Rusiyanın "Moskovskiy Komsomolets" nəşri üçün verdiyi şərhdə rusiyalı hərbi ekspert Aleksandr Mixaylovski deyib.
A.Mixaylovski Bakının istifadə etdiyi hərbi hiyləgərliyi xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan EA-2 köhnə sovet təyyarələrini (məşhur "kukuruznik”lər) pilotsuz təyyarələr formatına salıb. Ermənistanın HHM sistemi rəqibin Hava Hücumu Qüvvələrinə (HHQ) qarşı mübarizədə tez-tez əldə etdiyi uğurlardan danışır, həmin təyyarələri asanlıqla məhv etdiyi barədə raportlar verirdi. Sonra məlum oldu ki, "kukuriznik" lər qoşunların təmas xətti boyunca uçaraq, Ermənistan HHM-nin diqqətini özünə cəlb edib və düşmən texnikasının dislokasiyası barədə dəqiq məlumat verib. "Daha sonra yerli (Ermənistan) HHM sisteminin "Osa” və "Strela” tipli bütün zenit raket kompleksləri məhv edilib", – deyə rusiyalı ekspert bildirib.
A.Mixaylovski Azərbaycan pilotsuz təyyarələrinin Ermənistan HHM sistemi üçün necə "gözəgörünməz” qalması ilə bağlı suala belə cavab verib: "Birincisi, Ermənistan HHM kompleksinin məhz zərbə dronları ilə məhv edilməsi heç də fakt deyil. Bu, İsrail dronları ola bilər-"Kamikadze Naqor”. Onlar radarın siqnalına üstünlük verirlər. Bu, daha çox erməni HHM-nin hesablamasının səhlənkarlığını və rəqibini lazımınca qiymətləndirməməsini göstərir.
Sovet ordusunda mövcud olan normativlərə görə, hədəfin aşkar edilməsi və raketlərin buraxılması üçün 1-2 dəqiqə, işə salınma rayonunu tərk etmək üçün isə maksimum on dəqiqə vaxt verilməli idi. Bəs onlar niyə özlərini nişan verir və yerlərində qalırdılar? Görünür, rəqibdən bu cür hərəkətləri gözləmirdilər.
Bundan başqa, əgər pilotsuz-kəşfiyyatçı hədəfə lazer şüası ilə işarə verərsə, hücum dronu, qurğunun yerləşdiyi yerdən bir neçə kilometr məsafədən lazerlə ağıllı idarə olunan raketlərdən atəş aça bilər".
A.Mixaylovski Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin C-300 kompleksinin məhv edilməsini Azərbaycanın pilotsuz aviasiyasının böyük qələbəsi adlandırıb. O vurğulayıb ki, aşağıdan uçan pilotsuz aparatlar daxili yanma mühərrikli hədəflərin-təyyarə, vertolyot, böyük dron - aşkar edilməsi üçün nəzərdə tutulan C-300-ün hədəfi ola bilməz:
"Aşağıdan uçan pilotsuz-kamikaze onların hədəfi deyil. Buna görə əvvəllər məhv edilmiş, yaxında fəaliyyət göstərən HHM-lər cavab verməli idi. Bu cür vəzifələri "Osa", "Strela, "Pantsir-S" həll edə bilərlər" (virtualaz.org).
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
SİYASƏT
Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat