Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır - Müdafiə Nazirliyi

Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

Bu barədə 7NEWS.Az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib:

"Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir. Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”,- məlumatda qeyd edilib.

Xəbər lenti