"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."
17 İyun 2019, 12:05
17 İyun
2019
12:05
1872
Son günlər cəbhə bölgəsində gərginlik artmağa başlayıb və tərəflər bir birinə əzələ nümayiş etdirməkdə həvəsli görsənirlər. Çoxları bir suala cavab axtarır, Aprel döyüşlərinin ardından İyun və ya İyul döyüşü üfüqdə görsənirmi? Aktiv hərbi əməliyyatlar başlasa, bu dəfə eskalasiyanın qarşısını da 2016-cı ilin aprelində olduğu kimi bir neçə gündə almaq müyəssər olacaqmı? Yoxsa bu dəfə ikinci Qarabağ savaşı qaçılmaz olacaq?
Moderator.az-ın bu sualını politoloq Nəzakət Məmmədova cavablandırıb:
"Dağlıq Qarabağ cəbhəsində döyüş əməliyyatlarının başlamasına səbəb olan bir neçə amil ola bilər. Müharibənin alovlanmasına birinci səbəb Rusiyanın Ermənistandakı maraqlarına real təhdidin artması ola bilər. Paşinyan müxtəlif səbəblərdən, o cümlədən xarici güclərdən Rusiyanı Ermənistandan uzaqlaşdırmaq üçün real tədbirlər görmək təlimatı alsa, Rusiya onu cəzalandırmaq üçün mütləq Qarabağ cəbhəsində əməliyyata başlamaq göstərişi verəcək. Nəticədə, Paşinyanın əhali arasında reytinqi azalacaq və hakimiyyəti itirməsi an məsələsi olacaqdır. Rusiyanın Paşinyanı cəzalandırmaq cəhdi özünü cəbhə xəttində büruzə verəcəkdir. Ermənistanın məğlubiyyəti labüddür. Əvvəla, Ermənistan ordusu Rusiyanın əyalətlərindən birindəki hərbi hissə statusundadır. Müstəqil olmayan dövlətin ordusu da müstəqil ola bilməz. Digər tərəfdən, Rusiya və KTMT Ermənistana lazımi yardımı göstərməyəcəksə, ümumiyyətlə məğlubiyyət qaçılmazdır. Ermənistan ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu belə Azərbaycana verib, geri çəkilsə, məsuliyyət Ali Baş Komandan Paşinyanın üzərində qalacaqdır. Bu cür proseslər üçün dəqiq tarix müəyyən etmək çətin olsa da, 2020-ci ildə bütün Cənubi Qafqazda bir siyasi, bəlkə də hərbi təlatüm olacağı istisna olunmur. Səbəblər çoxdur. Azərbaycanda və Gürcüstanda parlament seçkiləri, Ermənistanda hakimiyyətdaxili mübarizənin davam etməsi və s. Eyni zamanda, 2020-ci ildə qondarma separatçı rejim işğal olunmuş Azərbaycan torpaqlarında "prezident seçkiləri" keçirməyi planlaşdırır. ABŞ bu hadisədən istifadə edib, "seçkilər"də öz adamını hakimiyyətə gətirə bilər. Çünki Ermənistandakı inqilab Dağlıq Qarabağda uğurla yekunlaşmasa, proses yarımçıq qala bilər. Dağlıq Qarabağ Paşinyan üçün zəif vurulma nöqtəsi olaraq qalır, onu istənilən vaxt Qarabağ kartı ilə vura bilərlər. Ermənistan hakimiyyəti son 30 ildə Qarabağ kartı üzərində hakimiyyətə gəlir və hakimiyyətdən gedir. Ona görə də, Rusiyanın Ermənistana ən böyük təsir vasitəsi olan Qarabağ kartını onun əlindən almaq üçün ABŞ hərəkətə keçib 2020-ci il separatçı rejimdəki qondarma "seçkilər"də iğtişaş, xalq hərəkatı yarada bilər və hakimiyyəti özünə yaxın adama ötürüb Qarabağ məsələsini öz planı üzrə həll edə bilər. Bu təhlükəni hiss edən Bako Saakyan artıq 2020-ci il "seçkilərində" "prezidentliyə" namizəd olmayacağını açıqlayıb. Çünki, Sarkisyanın devrilməsinə birinci səbəb uzun müddət hakimiyyətdə olub, avtoritar rejim yaratması idi. Eyni ittihamlarla devrilmək ehtimalı olan Saakyanın yerinə Moskva başqa bir namizəd hazırlayaraq, inqilab əmrinin Amerikadan deyil, Moskvadan verilməsini təmin etməklə vəziyyət üzərində nəzarəti saxlamaq istəyir. Əgər şəraitə nəzarət itirilməyə başlasa, Moskva Qarabağ ermənilərini küçəyə çıxıb rəngli inqilab etməkdən çəkindirmək üçün xarici təhlükə amili ortaya atacaqdır ki, bu da Azərbaycanın hücum əməliyyatları ola bilər".
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR