“Düşünürəm ki, məsələyə hüquq-mühafizə orqanları qiymət verməlidir”- DEPUTAT

“Düşünürəm ki, məsələyə hüquq-mühafizə orqanları qiymət verməlidir”- DEPUTAT
"Sapı özümüzdən olan yetərincə baltalar var ki, erməni dəyirmanına su tökürlər, dayanmadan anti-milli fəaliyyət göstərirlər, dövlətçilik əleyhinə iş aparırlar. Həmin baltalardan biri də "Göyçə-Zəngəzur” respublikasının yarandığını elan edən qüvvələrdir.” – 7news.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.  

"Məlum təxribatın başında müəmmalı keçmişi olan, 4 illik həbs həyatı yaşamış Rizvan Talıbov dayanır. O Talıbov ki, uzun illər ərzində dələduz fəaliyyəti ilə tanınıb və saxtakar, anti-milli xislətə sahibdir.

Hesab edirəm, məsələyə hüquq-mühafizə orqanları qiymət verməlidir. Çünki, burada cinayət məcəlləsinin bir çox maddələri ilə tövsif oluna biləcək tərkiblər var. Rizvan Talıbov və bu destruktiv işin içində olan hər kəs layiqli cəzasını almalı, eyni zamanda cəmiyyətin qınağı ilə üzbəüz qalmalıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti