DTX-nin Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün tədbir təşkil edilib

DTX-nin Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün tədbir təşkil edilib
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün xüsusi proqram əsasında hazırlanmış uşaq tamaşası nümayiş etdirilmişdir. Tamaşa uşaqların böyük marağına səbəb olmuş, yüksək coşqu və sevinc hissi ilə qarşılanmışdır. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.

Xəbər lenti