Danilov: Günün ən qaynar nöqtəsi Odessadır - ÖZƏL

Danilov: Günün ən qaynar nöqtəsi Odessadır - ÖZƏL
"Burada düşmən atəş və barrikadalarla qarşılanır”. 7NEWS.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov "Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin hərbçiləri düşməni amansızcasına məhv etməkdədir.
"İkinci sevindirici xəbər odur ki, Rusiya hakimiyyəti sürətlə Haaqa Tribunalının müttəhim kürsüsünə yaxınlaşır. Hər atəş və əmrlə bu proses uzanır, cəza müddətləri artır. Dünya tarixində görünməmiş hadisədir. Rusiya Federasiyasının cinayətləri bir anda 39 ölkə tərəfindən BKS-ə ötürülüb.”, - Milli Təhlükəsizlik katibi və Müdafiə Şurası vurğulayıb.
Danilovun qeyd edib ki, gün ərzində rus qoşunları heç bir istiqamət üzrə əhəmiyyətli irəliləyiş əldə edə bilməyib, hücum dayandırıldı.

Xəbər lenti