Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil – Azay Quliyev

03 Dekabr 2020, 09:13
03 Dekabr
2020
09:13
81
Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri Azay Quliyevin ATƏT PA-nın Büro iclasında çıxış edib.
Azay Quliyev iclasda Büro üzvlərini Ermənistan və Azərbaycan arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə noyabrın 10-da imzalanan saziş çərçivəsində dekabrın 2-dək görülən işlər barədə məlumatlandırıb:
"Bu razılaşmanın müddəalarına əsasən 1 dekabr 2020-ci il tarixinə kimi Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal altında qalan ərazilərindən, yəni Kəlbəcər, Ağdam və Laçından çıxardı. Bununla da, Azərbaycanın de-fakto ərazi bütövlüyü bərpa edildi.
Biz 26 mindən çox erməni qaçqınının Azərbaycana qayıtması üçün müvafiq şərait yaratdıq. Bundan əlavə, erməni vətəndaşlarımızın Azərbaycanın digər vətəndaşları kimi bərabər hüquq və imkanlardan istifadə etmələri üçün bütün lazımi tədbirlər də ölkəmiz tərəfindən görüləcəkdir.
İki ölkə arasında hərbi əsir, girov və cəsədlərin mübadiləsi davam edir”.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, hazırda Azərbaycan hökuməti məcburi köçkünlərin dogma yurdlarına təhlükəsiz qayıtması üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədi ilə müvafiq addımlar atır. Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində törətdiyi iqtisadi və humanitar ziyanın qiymətləndirilməsi həyata keçirilməkdədir: "Bundan əlavə, 30 illik işğal ərzində tamamilə dağıdılmış və xarabalığa çevrilmiş bütün şəhərlərimizin, qəsəbələrimizin və kəndlərimizin yenidən qurulmasını əhatə edəcək böyük qayıdış planı üzərində işlər aparılmaqdadır”.
Azay Quliyev deyib ki, "Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq mövcud olmamasına və yalnız tarixə istinad edilərkən istifadə olunmasına baxmayaraq, bölgədə uzunmüddətli sülhün və Ermənistanla Azərbaycan arasında barışığın təmin olunması üçün hələ bir çox iş görməliyik.
Əminəm ki, bütün əsassız ərazi iddiaları, düşmənçilik və nifrət ritorikası keçmişdə qalmalıdır.
Bu məqsəd üçün nə edilməlidir: "İlk missiya Ermənistanla Azərbaycan arasındakı iqtisadi əlaqələrin və bütün kommunikasiyaların açılması ola bilər ki, bu da qarşılıqlı etimad və inamın bərpasına gətirə bilər.
Biz anlayırıq ki, düşmənçilik sonsuza qədər davam edə bilməz. Azərbaycanlı mülki şəxslərə qarşı törədilən müharibə cinayətləri səbəbindən barışıq asan olmasa da, ermənilər və azərbaycanlılar qonşuluqda, birgə yaşamağı öyrənməlidirlər.
Bu səbəbdən də düşünürəm ki, Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh sazişinin hazırlanması əsas vəzifələrdən biridir. Bu istiqamətdə çox böyük siyasi və diplomatik səylər göstərilməlidir”.
Azay Quliyev Cənubi Qafqaz regionunun təhlükəsizlik, əməkdaşlıq və firavanlıq baxımından tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. ATƏT PA-nın vitse-prezidenti bildirib ki, ATƏT Parlament Assambleyası bu həyati əhəmiyyətli məqsədlərə çatmaq üçün mühüm rol oynaya bilər və oynamalıdır.
Lakin təəssüf ki, bəzi ATƏT ölkələri, xüsusən də Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, üzərinə bitərəf və ədalətli vasitəçilik missiyasını götürən Fransanın həyata keçirdiyi qeyri-adekvat cəhdlər müşahidə edilir: "Son 2 aydakı hadisələrə nəzər yetirsəniz Fransanın Ermənistanın işğalçı əməllərinə göz yumaraq bu ölkəyə birtərəfli qaydada dəstək verməsini, münaqişə tərəflərinə qarşı qeyri-konstruktiv və qərəzli yanaşmasını asanlıqla görə bilərsiniz.
Təsəvvür edirsinizmi, 44 günlük aktiv hərbi əməliyyatlar zamanı Fransa mediasında 1000-dən çox ermənipərəst və anti-Azərbaycan yönümlü məqalələr və videomateriallar yayımlandı. Bununla yanaşı, real vəziyyəti göstərməyə çalışan jurnalistlər təqib olundu, onlar həyatlarına qarşı təhdidlərlə qarşılaşdılar. Azərbaycanın Parisdəki səfirliyinin Fransanın dövlət və özəl media qurumlarına müraciət etmək cəhdləri misli görünməmiş maneələrlə qarşılandı.
Bu azmış kimi, Fransa Senatı noyabrın 25-də Fransa hökumətini Ermənistanın qurduğu mövcud olmayan və qanunsuz rejimi tanımağa çağıran əsassız və təhlükəli qətnamə qəbul etdi. Bu qərar Fransanın beynəlxalq məsuliyyəti və öhdəliklərinə tamamilə ziddir, eyni zamanda vasitəçi mandatı da daxil olmaqla beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Noyabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının bu qanunsuz qətnaməsini qətiyyətlə rədd etdi və Azərbaycan hökumətini Fransanın ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən uzaqlaşdırılmasını və Fransa ilə diplomatik və iqtisadi əlaqələrin dayandırılmasını nəzərdən keçirməyə çağırdı. Ümid edirəm ki, Fransa hökuməti beynəlxalq öhdəliklərinə hörmət göstərərək beynəlxalq hüququ, xüsusən də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı norma və prinsipləri pozmaqdan çəkinəcək”. (modern.az)
Xəbər lenti
-
21:33Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi-FOTO
-
10:30Lavrov Qarabağdakı sülhməramlılara status istəyir
-
10:00Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
-
17:22Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
-
16:32Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
12:16Şuşada yeni yarımstansiya tikilir - VİDEO
-
11:00“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video
-
10:30Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı - FOTO
-
10:00Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Şou-aksiya
-
21:41Erməni deputatlar jurnalistlərin Şuşa sualından qaçdı - VİDEO
-
17:03Şuşada hündür televiziya qülləsi tikilə bilər
-
15:38YAŞATmağa davam!
-
11:00Qarlı havaya görə Bakının bəzi yollarında sürət həddi endirildi - FOTO
-
10:30Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
-
10:00Ayvazyanla Paşinyanın Şuşa üstündə davası
-
19:0220 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib
-
12:14İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
12:04Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək
-
12:00Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA
-
11:30Şuşadakı tarixi abidələrə baxış keçirildi
-
11:00"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
-
10:48Мехрибан Алиева сделала публикацию в связи с 31-й годовщиной трагедии "Черного Января" - ФОТО
-
10:30Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
10:00Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO
-
00:0620 Yanvar hadisələrindən 31 il ötür
-
00:01İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
-
13:24Şuşada 2 su mənbəyi bərpa olunub, tələbatın yaxşılaşdırılması üçün su maşını ayrılıb
-
13:08Soydaşlarımızın Qanlı Yanvar harayı
-
11:00Qarabağa qayıdan ermənilərin sayı 50 mini keçdi
-
10:30Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
-
10:00Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
-
12:35Şuşaya aparan yeni yol istifadəyə verilib - FOTO
-
12:05Şuşada ilk çörək bişirən Azərbaycanlı aşpaz əsgər - FOTOLAR
-
11:30"Şuşaya "İsgəndər" atmışdıq"- İrəvanda sensasiyalı etiraf - VİDEO - FOTO
-
11:10Şamaxıda yaşıllıqların sahəsi daha da genişləndirilir - FOTOLAR
-
11:07Şuşada beşmərtəbəli binada yanğın olub
-
11:00Cəbhə boyu ərazilərdə partlamamış hərbi sursat aşkarlandı - FOTO
-
10:57“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:30Azərbaycanda 2 gün əvvəl ordudan tərxis olunan könüllü əsgər niyə öldü? - SƏBƏB
-
10:00SMS icazə ləğv edildi
23 Yanvar 2021
22 Yanvar 2021
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
Digər xəbərlər
-
SİYASƏT
Lavrov Qarabağdakı sülhməramlılara status istəyir
-
SİYASƏT
Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
-
SİYASƏT
Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
-
SİYASƏT
Ayvazyanla Paşinyanın Şuşa üstündə davası
-
MANŞET, SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
SİYASƏT
"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
-
MANŞET, SİYASƏT
Мехрибан Алиева сделала публикацию в связи с 31-й годовщиной трагедии "Черного Января" - ФОТО
-
MANŞET, SİYASƏT
Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
MANŞET, SİYASƏT
İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO