Cənnətdəki Ağ atlı oğlan

Cənnətdəki Ağ atlı oğlan
 
"General Polad Həşimovun Şəhidliyə ucalmasından sonra özünə yer tapa bilmirdi, yerə-göyə sığmırdı". Bu sözləri bu gün cənnətdə ilk ad gününü qeyd edən Şəhid Rufullayev Rasimin qardaşı Həsən söyləyir. Həm də söyləyir ki, Rasim uşaqlıqdan at minməyi çox sevirdi və sanki öz atına minib birdəfəlik bizlərdən çox uzaqlara çapıb getdi...

Yardımlının Zevin kəndində 24 il öncə dünyaya göz açan Rasim sarışın olduğu üçün hamı onu çox istəyirdi və bu istəyə qarşı həmişə diqqət göstərirdi. Böyüyüb hərbçi olmaq arzusunu kimsədən gizlətmirdi. Və elə bu arzu onu Bakıya gətirdi. Əvvəlcə özəl mühafizə xidmətində işlədi, lakin hərbi forma geymək istəyi ilə alışıb-yanan Rasim mühafizə xidmətindən ayrılıb kəndə qayıdır. Sənədlərini verdiyi Bakı korpusundan çağırılır və 31 avqustda-ad günündə evdə qalmayıb kursa yollanır. Kursu bitirdikdən sonra topçu kimi N saylı hərbi hissələrdən birində xidmətə başlayır. 2021-ci il sentyabrın 23-də heç kimə heç nə demədən sağollaşıb çıxır. Sentyabrın 27-də müqəddəs savaş başlayanda Rasim ön sıralarda murdar düşmənə qarşı rəşadətlə döyüşür. Düşmənin canlı qüvvə və texnikasının məhv edilməsində böyük şücaət göstərir. Vuruşmaqdan usanmayan, döyüşməkdən yorulmayan Rasim Şuşa uğrunda gedən savaşda müqəddəs Şəhidlik zirvəsinə ucalır. 
Ali Baş Komandan Rasimin şücaətini yüksək dəyərləndirmiş, Şəhidliyə ucaldıqdan sonra ona Vətən Uğrunda, Laçının və Fizulinin azad edilməsi uğrunda medallarla təltif etmişdir. 
Atası Yadigar kişi oğlunun şücaətindən, Şəhidliyə ucalmasından qürurla danışır. Həm də çox arzulayır ki, Rasimin adı oxuduğu məktəbə verilsin, bu bir Şəhid atası üçün oğul itkisindan yana, az da olsa, təsəlli olardı. Ata danışdıqca, istər-istəməz gözlərinin dərinliyindən boylanan kədəri sezməmək olmur. Amma bu kədərə Rasim öz ucalığı elə sevinc, işıq qatıb ki, daim əbədiyyət yolunda müqəddəs tirpaqlarımızın nura bələnməsinə vəsilə olacaq.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

Xəbər lenti