Cahandar BAYOĞLU: “Türk Konseyi Adriatikdən Sakit Okeanadək bir coğrafiyanın simgəsi olacaq”

30 Sentyabr 2019, 13:06
30 Sentyabr
2019
13:06
2083
Türk Dövlətləri Konseyi” dünyanın diqqət mərkəzində
Son zamanlar Azərbaycanın strateji önəmi qabardılmaqda və gündəmə gətirilməkdədir. İstər Güney Azərbaycan, istərsə də Quzey Azərbaycanın adı dünyanın bütün strateji mərkəzlərində daha çox hallanır. Orta Doğu, Balkanlar, Qafqazlar və Mərkəzi Asiyanın bu dördlü bölgəsəl inteqrasiyanın hədəfləri ilə bağlı çoxsaylı konseptlər irəli sürülür. Hətta bundan sonra dünya düzənində barış və istiqrarın, sosial-iqtisadi gəlişmələrin, güvənlik və dəyərlərin önəmliliyi ilə ilgili çoxsaylı uluslararası toplantılar keçirilməkdədir. Bu barədə ilginc açıqlamaları ilə diqqəti cəlb edən "BAY Düçüncə Ocağı” Başqanı Cahandar Bayoğlunun fikirlərini öyrənməyə çalışdıq.
– Cahandar bəy, bundan öncəki müsahibənizdə Orta Doğu, Qafqazlar və Anadoluda "Demokratik Dövlətlər Birliyi” ilə bağlı səsləndirdiyiniz fikirlər Azərbaycanın Güneyində, Türkiyədə və Azərbaycan Respublikasında ciddi oxucu kütləsi qazanıb və müzakirələrə səbəb olub. Siz Azərbaycanın "Azərbaycan Türkiyə Konfederasiyası” (ATA) və digər qonşu dövlətlərlə iqtisadi, siyasi, kültürəl əlaqələri necə qiymətləndirirsiniz?
– "Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) 160 milyonluq türk etnosunun dominantlığı ilə min illərdir bölgədəki problemlərin çözülməsi və region dövlətlərinin dünya sivilizaiyası üçün ciddi faktor olması ilə yanaşı, ATA-nın bütün qonşularla işbirliyində olmasını şərtləndirir. Bu həm də Azərbaycan və Türkiyənin Quzey-Doğu yönündə nüfuz dairəsinin genişlənməsində qonşu xalqlar arasında cazibə mərkəzinə çevrilməsi ilə sonuclanır. Biz artıq bu prosesin bütün işartılarını görürük. Azərbaycanın Türkiyə ilə işbirliyi, Xəzər ötəsində olan Mərkəzi Asiya Türk Dövlətləri ilə əlaqələrin genişlənməsi üçün təməli 1992-ci ildə qoyulan "Türk Dövlətləri Başçıları Konseyi” illər ötdükcə daha vacib olduğunu sübut etmişdir. 1992-ci ildə yaradılan bu Konsey sadəcə deklorativ bəyanatla elan edilsə də, əslində bu gələcək üçün bir mesaj idi. Keçmiş sovet rejimindən çıxan dövlətlər 70 il ərzində türklüyündən uzaqlaşdırıldığı üçün və dövlət başçılarının hələ də Moskvanın neoimperiya siyasətinin caynaqları üzərində olduğuna görə bu Konseyin işlək mexanizmi qurula bilməmişdi. İllər ötdükcə Azərbaycanın və Türkiyənin iradəsi ilə Konsey üzvü olan dövlətlər kültür, ədəbiyyat, sənət, mənəvi ədəbi əlaqələrin bağlılığının bərpası yönündə mədəniyyət nazirlikləri çərçivəsində TÜRKSOY quruldu. TÜRKSOY-un bu illər ərzində istədiyimiz qədər olmasa da, ortaq dil, ortaq ədəbi-kültürəl fəaliyyətlər sahəsində xeyli işlər görülmüşdür. "Türk Dövlət Başçıları Konseyi”nin Özbəkistan və Türkmənistan cümhuriyyətləri sonrakı illərdə Konseydən uzaqlaşmış, Konseyin bir çox uğurlu addımları Azərbaycan Respublikası, Türkiyə, Qzaxstan və Qırğızstanın üzərinə düşmüşdür. Onu da açıq şəkildə etiraf etməliyik ki, Türk dövlətləri arasında daha çox geniş əlaqələr Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti meqaprorjelərin genişlənməsi ilə geriyə addımı olmayan, xalqlarımızın bütünlüyü adına irəliləməkdə davam etmişdir. Digər Türk cümhuriyyətləri ilə olan işbirliyi arzu olunan səviyyədə olmamışdır. Bu gün hələ Türkmənistanla bir çox problemləri yaşamaqdayıq. Qapalı ölkəyə çevrilmiş Türkmənistan dövləti Xəzərin su səthinin və dibinin bölünməsində, TransXəzər nəqliyyat xəttinin açılmasında İran adlı ölkənin və özəlliklə Rusiyanın iradəsi ilə bu uluslararası səviyyəli prorjenin gerçəkləşməsinə mane olur. Son bir ildə Xəzərin su səthinin Xəzər hövzəsi dövlətləri arasında ədalətli şəkildə bölünməsində Türkmənistanın pozitiv addımları ümidverici olmuşdur. Son illərdə Mərkəzi Asiya Türk Dövlətləri arasında xüsusi əhəmiyyətə malik olan Özbəkistanda siyasi dəyişikliklərin baş verməsi və Şövkət Mirzəyevin dövlət başçısı seçilməsi Mərkəzi Asiyada türk dövlətləri və Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında daha geniş mənada inteqrasiyanın yolunu açmışdır. 2018-ci ildə Qırğızstanın başkəndi Bişkekdə keçirilən "Türk Dövlət Başçılarının Konseyi” toplantısında Özbəkistan məşvərətçi səslə iştirak edib.
Yeri gəlmişkən bu məqamdan əcdad kökləri Hun Türklərinə dayanan və Avropanın mərkəzində yerləşən Macarstan dövlətinin də bu toplantıda məşvərətçi səslə iştirakı olduqca önəmli sayılmalıdır. Zaman keçdikcə, özəlliklə də Türkiyə Cümhuriyyətinin Orta Doğu, Qafqazlarda və bütünlüklə dünya dövlətləri arasında bağımsız siyasət yürütməsi sonucunda "Türk Dövlətləri Konseyi”nin əhəmiyyətini daha da gücləndirmişdir. Məhz belə olduğu üçün, Türk dövlətləri arasında mövcud ortaq işbirliyi "Türk Dövlətləri Konseyi” çatısı altında genişləndirilməsi və dərinləşdirilməsi həmin dövlətlərin daxili tələbatına çevrilmişdir. Məhz bu tələbatlardan irəli gələn şərtlər və standartların sonucu kimi, bu ilin sentyabr ayında Azərbaycanın başkəndi Bakıda ilk dəfə olaraq "Türk Konseyi”nə daxil olan dövlətlərin təhlükəsizlik xidmətlərinin görüşündə "Türk Dövlətlərinin Təhlükəsizlik Xidmətləri”nin daimi işləyən ortaq qurumunun yaradılması və mərkəzi aparatının Ankarada yerləşməsi qərara alınıbdır. Hunqariyanın (Macarstan) başkəndi Budaşeptdə isə "Türk Dövlətləri Konseyi”nin daimi işləyən ofisi açılmışdır. Sevindirici haldır ki, Özbəkistan dövləti "Türk Konseyi”nin daimi üyəliyinə daxil olmaq barəsində xüsusi qərar vermişdir. Türkmənistan isə, Konseyə məşvərətçi üyə olacağını rəsmən açıqlamışdır. Bu il oktyabr ayının 14-15 tarixində Bakıda "Türk Konseyi”nin dövlət başçılarının xüsusi toplantısı gözlənilir. Bu toplantıdan Konseyin işlək qurumlarının yaradılması haqqında qərar verməlidir.
– Konseydə sizin fikrinizcə hansı qərarların verilməsini daha vacib hesab edirsiniz?
– Biz hesab edirik ki, "Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) nəzərdə tutulan işlək qurumlar "Türk Konseyi”ndə də yaradılmalı və daimi işləyən aparatı və rəhbər orqanları qurulmalıdır. Beləliklə "Türk Konseyi” Azərbaycan və Türkiyə Konfederasiyasının (ATA) eyniliyini yaratmaqla Adriatik dənizidən Sakit Okeana qədər bir bölgədə yaşayan xalqlar və dövlətlərarası qarşıdurmaların aradan qaldırılması, demokratik təsisatların yaradılması, bölgədə ekspansiya, təzyiq, işğalçılıq və hegemonluq hallarının aradan qaldırılmasına gətirəcəkdir.

– Xəzər hövzəsinə daxil olan İran adlı ölkənin ərazisində Təbriz mərkəzli Azərbaycan Türk Dövlətinin yaranacağını bildirmisiniz. Bəs Rusiya dövlətini necə görürsünüz?
– Bölgədə gedən siyasət və dünyada baş verən dəyişkənliklərin fonunda onu da xüsusi olaraq qəbullanmaq lazımdır ki, Rusiya Federasiyasının demokratikləşmə prosesi bitənədək bu dövlətin "Türk Konseyi”ndə gözləmçi üyə kimi iştirakı məqsədə uyğun sayılır.
– "Türk Konseyi”nin tərkibində hansı qurumların yaranması daha aktualdır?
– Nəqliyyat və kommunikasiya vasitələri üzrə projelərin gerçəkləşməsi üçün meqa proyeklərin reallaığa çevrilməsi dövlətlərarası iqtisadi münasibətlərin tənzimlənməsi, ortaq bazarın yaradılması, ortaq bank və valyutanın yaradılması, istehsalat sahələrinin yaradılması üçün iqtisadi inkişaf qurumları yaradılmalıdır. Xarici təcavüzdən qorunmaq üçün ortaq savunma (müdafiə) qərargahı yaradılmalıdır.
Dilimizin ortaqlaşması üçün ortaq yayım-basın (KİV) və informasiya agentlikləri fəaliyyətə başlamalıdır. Mənəvi birliyimizin təmin edilməsi üçün Konseyin ortaq inanc mərkəzi yaradılmalıdır ki, bu mərkəzdə bütün dövlətlərin dini rəhbərləri və qurumları təmsil olunaraq inanclarımıza yönəlik dağıdıcı, aşındırıcı və missioner fəaliyyətlərin qarşısı alınsın.
– Cahandar bəy, Quzey sınırımızda, yəni Rusiyada yaşayan müsəlman və türk soylu toplumlarla işbirliyi necə olmalıdır?
– "Türk Konseyi”nin işlək qurum və quruluşları yaradıldıqca Rusiya Federasiyası ilə danışıqlar aparıb sınır bölgəmizdə olan qardaş toplumların, Türk Konseyi”nə üyə olan dövlətlərə gediş-gəlişlərinin sərbətsləşdirilməsini anlaşmalıdır. Bu, təkcə Quzey sınırmıza aid deyil, eyni zamanda Qazaxstanın quzey sınırları boyunca yaşayan türk toplumlarına şamil edilməlidir. Əsasını TÜRKSOY-la qoyulan ədəbi, mədəni, kültürəl əlaqələr daha da genişlənməli, milli-mədəni haqlar geniş şəkildə inkişaf etdirilməlidir. "Türk Konseyi”nə daxil olan dövlətlərin kültürəl, mədəni, ədəbi və tarixi proqramların icrasına və yaşadıqları bölgələrdə tətbiq olunması üçün şərait yaradılmalıdır. Ortaq türkcəmizin formalaşmasında bu toplumların dillərində işlədilən söz və sözcüklərdən istifadə edilməsi üçün həmin toplumların alimləri işbirliyinə cəlb edilməlidir.
Rusiya dövləti insan haqlarına dayanan bu anlaşmaya yardımçı olarsa, gündəmə gələn bu proses daha çox Rusiyanın öz xeyrinə olar və Türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsinə gətirib çıxaracaqdır. Bu məsələ sadəcə Rusiya Federasiyasına aid deyil. Qonşşu Gürcüstan, Əfqanıstan və Pakistana da şamil edilməlidir. Beləliklə "Türk Konseyi”nin Azərbaycan Respublikası, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızstan, Qazaxstan və Hunqariya (Macarstan) qurucu və daimi üyələri, Rusiya Federasiyası, Gürcüstan, Əfqanıstan, Pakistan, Tacikstan və Monqolustan dövlətləri isə, məşvərətçi üyələri olurlar.
(ardı var)
Söhbətləşdi Ənvər Yusifoğlu
Xəbər lenti
-
15:27Beyləqanda keçirilən tarla seminarında pambıqçılığın inkişafı müzakirə olunub
-
13:59Bu ölkələrdəki səfirliklərimiz fəaliyyətini dondurub?-FOTOFAKT
-
15:04Əliyevlə Paşinyanın görüş xəbəri açıqlandı
-
17:09Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı
-
17:09Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
-
15:47Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"
-
13:57Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"
-
13:53“YAY FEST” YARADICI GƏNCLƏRİ BİR ARAYA TOPLADI
-
11:49SON DƏQİQƏ: Qeyri-qanuni erməni silahlıları mövqelərimizi atəşə tutdu, ŞƏHİDİMİZ var - RƏSMİ
-
11:10Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh
-
11:07Agentliyin BP Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub
-
17:45Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi onların qayğı ilə əhatə olunduğunu göstərir - RƏY
-
14:30“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın yekun tədbiri keçirilib - FOTOLAR
-
13:40KONFUTS ATASINA QARŞI…
-
13:21Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb - FOTOLAR
-
15:46Zirvəyə açılan qapı – SkyHome yaşayış kompleksi!
-
11:521 avqust – Əlifba və Dil Bayramı günümüz - QƏNİRƏ PAŞAYEVA YAZIR
-
16:43“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib
-
13:20Deputat Şahlıq kəndində seçicilərlə görüşüb
-
13:17Lerik rayonunda kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib
-
13:13Mingəçevir Dövlət Universitetində İT sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir!
-
13:01İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlib keçirilib - FOTO
-
11:07“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub
-
09:53Adil Əliyev: Vətəndaşlarla sıx təmas, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır
-
09:49Deputat Ramil Həsən seçiciləri qəbul edib -FOTO
-
18:54Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb
-
18:23Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN
-
17:13Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”
-
11:16“Siyasi partiyalar haqqında” yeni qanun...
-
10:49Əli Nağıyev: “Xüsusi xidmət orqanları tərəfindən hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq”
-
16:11İlk dəfə 300-dək hüquqşünas tələbənin iştirakı ilə 1 aylıq Yay Məktəbi təşkil olunur
-
19:56“Azərbaycan-Türkiyə Müəllimlərinin Yay Düşərgəsi”ndə mədəniyyət gecəsi keçirilib
-
18:21Gənclər dini radikalizm və ekstremizmə “yox” deyir-İGİB layihəsini yekunlaşdırıb - FOTOLAR
-
16:57Hüquqşunaslarla bağlı iş elanı: VAKANT YERLƏRİN SİYAHISI
-
22:20MEDİA-da Beynəlxalq Media Forumun iştirakçıları ilə görüş keçirilib
-
23:34Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu yekunlaşıb
-
20:25Azərbaycan-Gürcüstan münasibətlərinin 30 illiyi ilə bağlı konfrans keçirilib
-
19:54Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə tədbir keçirilib
-
16:46Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib - FOTOLAR
-
16:37"Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü başa çatıb
08 Avqust 2022
06 Avqust 2022
03 Avqust 2022
02 Avqust 2022
01 Avqust 2022
30 İyul 2022
29 İyul 2022
28 İyul 2022
27 İyul 2022
26 İyul 2022
25 İyul 2022
23 İyul 2022
22 İyul 2022