"Bu ölkədə 5 nanəcib varsa, onların ən başda gedəni sənsən!"- Deputatdan Əli Kərimliyə ağır sözlər...

"İnsan nə qədər bədbəxt olmalıdır ki, çıxsın söyüş kanalına, girsin söyüş yuvasına və oradan ciddi-ciddi açıqlamalar versin? İnsan nə qədər rəzil olmalıdır ki, Tural Sadıqlının ümidinə, informasiya dəstəyinə möhtac qalsın? İnsan nə qədər ucuzlaşmalı, nə qədər dəyərdən düşməlidir ki, bütün qırmızı xətləri tapdalasın və özünü ən axırıncı yola qoysun? Ayıbdır. Sözün gerçək anlamında ayıbdır. AXCP sədrinin indi elədikləri, sərgilədikləri, danışdıqları absurddur,  xəyanətdir, mənəviyyatsızlıqdır." - 7NEWS.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev AXCP sədri Əli Kərimlinin "Azad söz" kanalında mövcud iqtidarı çox sərt ittiham edən müsahibəsinə münasibət bildirərkən söyləyib.

"Çox qəribədir. Zamanında Şuşanı satanlar indi Şuşanı geri qaytaranları ittiham edirlər. Zamanında bir Surət Hüseynovun qarşısında duruş gətirə bilməyənlər indi mövcud iqtidara cəsarət dərsi keçməyə çalışırlar. Zamanında sata- sata gələnlər və elə indi də vicdanını, ləyaqətini hansısa ölkənin xüsusi kəşfiyyat idarələrində hərraca çıxaranlar namusdan, qeyrətdən, milli maraqlardan, demokratiyadan dəm vururlar. Oysa adama sual verən lazım. Ki, Ay Əli Kərimli, sənsənmi demokrat? Sənsənmi milli təəssübkeş? Xəbərin varmı ki dəvə və qanad misalı məhs sənin boyuna biçilib? Fərqindəsənmi ki, Azərbaycan siyasəti yüz illər ərzində 5 nanəcib yetişdiribsə onların ən başda gedəni  sənsən, ardındakılar da siyasi mürdəşir Qənimət, London küçələrində bomj kimi sülənən Cəmil Həsənli və bir mandata görə əqidəsini saatda 360/km sürətlə dəyişə bilən "vintelyator" Gültəkindi?

Əslində zaman hər şeyi ayırd edir. Azərbaycan siyasətinin üz qarası olan Əli Kərimli əvvəllər iz azdırmaq üçün "söyüş müxalifəti"ndən bir az aralı gəzirdi, onlarla məsafə saxlayırdı. İndi isə emossiyaları necə coşubsa artıq özünü saxlaya bilmir, öz genindən, öz xislətindən olan kəslərlə təmasa açıq girir, gizlənmir, əsl mahiyyətini ortalığa qoyur, Vidadi İsgəndərliyə "dəyərli ziyalımız" deyir, Tural kimi mənəviyyatsıza müsahibələr verir, ən iyrənc yerlərdən, məkanlardan öz təbirincə mesajlar göndərir, sərsəmləyir, günü-gündən daha da rəzilləşir, ucuzlaşır, azğınlaşır.

Əli Kərimli indiki fəaliyyəti ilə bir daha sübut edir ki, "söyüş müxalifəti" nin dirijoru illərdir elə məhz özü imiş. Bu yaramaz komandanı Kərimli yaradıb və özü də idarə edir. Çox güman, onların maliyyə təminatları da Kərimlinin Londonda yaşayan oğlu Türkelin vasitəsilə həyata keçirilir. 
Və...məlum kontekstdə anlamadığım tək şey var: Bu qədər pulun qarşılığında o siyasət qırıntısı Cəmil Həsənliyə niyə bir köynək və kostyum alınmır görəsən? Yağışda da eyni libasdadı, qarda da, günəşdə də. Adam güman ki, hovuza da o cızıqlı köynəyi ilə düşür.

Yaxşı bir deyim var:"Yaramazın ünvanı olmur". Azərbaycan iqtidarının üzərinə söyüşlə hücum edənlərin və ya öz fikirlərini söyüş kanallarında ifadə, izhar edənlərin də ünvanı yoxdur. Amma tam səmimi deyim: Əli Kərimli ilk dəfədir, özünə layiq məkanı tapıb, öz "kruq"una qovuşub, öz ağlında və xislətindəkilərlə birləşib. Bu adam 30 ildir kloun simasında var-gəl edirdi. Nəhayət maskanı çıxardı və göründü ki, baş da, səs də, əqidə də eynən Vidadi İsgəndərli ilə, Tural Sadıqlı ilə birə-birdir, eynidir. Oxşar yox ha, məhz birə-bir. Siam əkizləri kimi! - deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti