Bill Qeyts pandemiyanın sona çatacağı tarixi açıqlayıb

Bill Qeyts pandemiyanın sona çatacağı tarixi açıqlayıb
"Microsoft” şirkətinin sahibi Bill Qeyts "Sinqapur Fintech Festival”ında COVİD-19 virusu və peyvəndi ilə əlaqədar açıqlamalar verib.

7News.Az-ın Haber Türk-ə istinadən verdiyi məlumata görə, Bill Qeyts 6 fərqli koronavirus peyvəndinin təsdiqləri alacağını və 2021-ci ilin yazına qədər paylanmağa hazır olacağını bildirib.

O, "Moderna”, "AstraZeneca”, "Johnson Johnson” və "Novavax” tərəfindən hazırlanan peyvəndlər ilə yanaşı "Pfizer-BioNTech” peyvəndinin də yaxın aylarda təsdiqlənəcəyini deyib:

"2021-ci ildə mümkün qədər çox peyvəndləmə olacaq. Pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndin bərabər paylanmasını təmin etməliyik”.

Bill Qeyts bildirib ki, "AstraZeneca” peyvəndini mümkün qədər çox insana paylamaq üçün dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistanda yerləşən "Serum” İnstitutu ilə işə başlanılmışdır. Qeyts "Novavax” peyvəndi üçün "Serum” ilə oxşar bir iş birliyi imzalayacaqlarını açıqlayıb.

Qeyts onu da iddia edir ki, gələn il hədəf mümkün qədər çox peyvəndin paylanmağı olacaq. Onun sözlərinə görə, pandemiya 2 il sonra bir çox ölkələrdə başa çatacaq:

"Beləliklə, pandemiya 2022-ci ildə inkişaf etməkdə olan ölkələrdə də sona çatacaq. Peyvəndə sahib ola bilmək imkanınızı varlı olmağınızla təyin etməməlisiniz. Peyvənd bərabər paylanılmalıdır”.

Xəbər lenti