“Beynəlxalq hüquq tarixinin ədalətli zəfəri”

“Beynəlxalq hüquq tarixinin ədalətli zəfəri”
Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqlı olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. Beynəlxalq hüquq məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır.

Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında yaranan münasibətləri nizama salır. Son 30 il ərzində beynəlxalq hüquq normalarının icrasını tətbiq etməyə vəzifəli olan subyektləri – beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı Ermənistanın Azərbaycana qarşı oan təcavüzkar, işğalçı siyasətini pisləyən qərar və qətnamələri oldu. Ancaq təssüf ki, bu qərar və qətnamələrin heç biri icra olunmadı, kağız üzərundə qaldı, əksinə işğal olunmuş ərazilərdə Ermənistan qanunsuz əməllər – narkoticarət, erməni vandalizmi həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev rəşadətli ordusu və milli həmrəylik siyasəti ilə beynəlxalq hüququn kağız üzərində olan ədalətini təmin etdi. Düz bir il bundan əvvəl uğurlu Silahlı qüvvələrimizin əks-həmlə əməliyyatı ilə Azərbaycanın suverenliyinə qəsd edən, ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edərək sərhədlərimizi pozan, ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirərək təcavüzkar əməlləri ilə bunu təsdiqləyən, bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayan, millətlərin bərabərliyi anlayışına hörmət etməyən, azərbaycanlıları, eyni zamanda bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirən, erməni xalqının bir dəfə öz müqəddəratını təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verən, beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirməyən beləliklə, beynəlxalq hüquq normalarını tapdalayan, Birləmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 və BMT Baş Assambleyasının 48/11, 60/285, 62/243, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1059,1119, 1416, 1553, 2085 o cümlədən, Avropa Parlamentinin (AP) 2216, 2315 saylı qətnamələrinin və digər qərarlarını görməməzdikdən gələn Ermənistana dövlət başçımız hərb və diplomatiya dərsi keçərək, Azərbaycanın ərazi bütövlüyünun təmin etməklə həm də beynəlxalq hüququn - beynəxalq təşkilatların qərarlarını təkbaşına icra etdi. Məhz Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımız qısa müddətdə - 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı.

Bu gün xalqımız 27 sentyabrı bütün şəhidlərimizin Anım Günü kim ehtiramla yad edir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezidentimiz cənab İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Hərbi quruculuq işi dövlət siyasətimizin strateji prioritetlərindəndir. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Zaur Adıgözəlov,

fəlsəfə doktoru, hüquqşünas

Xəbər lenti