'Azercell"in interneti nə Qarabağda, nə də Bakıda işləmir: "Digər operatorlara baxanda biz təcrid olunmuşuq"

'Azercell
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Turan İbrahimov şərh paylaşıb: "Düz 23 ildir ki, Azercell abunəçisiyəm. Heç vaxt başqa mobil operatorun abunəçisi olmamışam. Bundan sonra da Azercellə davam etmək fikrindəyəm. Amma yenə də qeyd edəcəm. Narazılıqlarım çoxdu. 
Hələ Şuşa səfərimizdə lap çox məyus oldum. Nar və Bakcell istifadəçiləri Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə rahatlıqla mobil internetə çıxdıqları halda, biz Azercell-lilər özümüzü təcridolunmuş hiss etdik. Həmçinin Şuşadan qayıdanda da internetimiz olmadı. Bakıya, evə çatanda da. Mobil internetim düz 12 saatdan sonra qaydasına düşdü." 

7NEWS.az

Xəbər lenti