Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Heydər Əliyev dönəmində qoyulub
07 May 2022, 12:10
07 May
2022
12:10
794
Milli Məclisin deputatı Əli Hüseynli
- Əli müəllim, ölkə ictimaiyyət bu günlərdə - Vətən və xalq qarşısında misilsiz xidmətlərə imza atmış Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd etməkdədir. Sizcə, Heydər Əliyevin siyasi fəaliyyəti daha çox hansı tərəfləri ilə yadda qalıb?
- Bilirsiniz, Heydər Əliyev bütün həyatı boyu boyu ölkəmizin inkişafı və xalqımızin firavan həyatı üçün elə bir fəaliyyət nümunəsi nümayiş etdirib ki, onun istiqamətlərini dəyər baxımından bir-birindən fərqləndirmək çox çətindir. Çünki bu amala bütün varlığı ilə bağlı olan Ümummilli liderimizin baxışlarında dövlətin və xalqın taleyi ilə əlaqəli bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub. Lakin dünya miqyasında Heydər Əliyev ilk növbədə dövlətçilik prinsiplərinə son dərəcə ciddi yanaşan böyük siyasətçi kimi tanınır. Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası da məhz Ulu öndərimizin dövründə qoyulub. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını Heydər Əliyevin sayəsində gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Respublikamıza rəhbərliyi dövründə Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
- Siz Ulu öndərin fəaliyyətinin birinci, yəni sovetlər dönəmindəki dövrünü necə səciyyələndirərdiniz?
- Ümummilli liderimizin 1969-1982-ci illərdə misli görünməmiş xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi o dövrdə ölkəmizdə qanunçuluğun və hüququn möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı ilə orada da böyük nüfuz qazanmışdı. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və müsəlman-türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin məqsədlərin, o cümlədən keçmiş Dağlıq Qarabağ məsələsində ermənilərin separatist niyyətlərinin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq taleyüklü məqamlarda Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. 20 yanvar faciəsinindən dərhal sonra o, həyatını real təhlükə altına ataraq Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etməklə imperiya siyasəti əleyhinə çıxaraq doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.
- Heydər Əliyevi xatırlayarkən ilk növbədə onun xilaskar obrazı göz önünə gəlir…
- Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə Naxçıvandan respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail olundu, iqtisadiyyat dirçəldi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevrildi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış bir çox transmilli layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı.
Tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini yaraatmağa nail oldu. İlk milli Konstitusiyanı gerçəkləşdirməklə demokratik hüquqi dövlət quruculuğu prosesinə güclü təkan verildı. Ölkədə hüquqi dövləti qurmaq üçün mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər yaradıldı.
Ulu öndər ordu quruculuğunu prioritet fəaliyyət istiqamətlərindən biri elan edərək eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsü ələ almaqla danışıqlar prosesində Azərbaycanın üstün mövqeyini təmin etdi.
Bir sözlə, Heydər Əliyev dövlət və xalq naminə bir insanın, rəhbərin, şəxsin edə biləcəyi nə varsa, hamısını edib. Və bu nailiyyətləri etibarlı əllərə ötürüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ilin bənzərsiz uğurlu nəticələri və xüsusilə, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bu danılmaz həqiqətin bariz sübutudur.
Tarixi paralellər aparsaq, görərik ki, Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, İlham Əliyev isə bu siyasəti davam etdirərək ölkənin ərazi bütövlüyünü təmin etmişdir. Bunların hər ikisi –müstəqillik və ərazi bütövlüyü tarixi xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanın nail olduğu bu uğur siyasi varisliyin ən bariz nümunəsidir.
-Ötən ay Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Əlaqələndirmə Şurasının yeni tərkibində təmsil olunan şəxs kimi Sizdə hansı təəssüratı yaratdı? Bu hadisəni Heydər Əliyevin azərbaycançılıq və milli biurlik ideyası kontekstində necə dəyərləndirərdiniz?
- Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı, şübhəsiz, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra xalqımız üçün ən gözəl müjdədir. Həqiqətən də bu, çox əhəmiyyətli və dəyərli bir təşəbbüsdür. Böyük siyasi əhəmiyyət kəsb edən bu tədbiri ilk öncə azərbaycan xalqının milli birliyinin təcəssümü kimi dəyərləndirmək lazımdır. Mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilən bu toplantı bir daha sübut etdi ki, sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının ürəyi hər zaman doğma Vətənin nəbzi ilə bir vurur. Bu, dünyaya verilən bir ismarıcdır: biz hər zaman öz milli mənliyimizə və qürurumuza sahib çıxa biləcək böyük və qalib xalqıq.
Milli həmrəylikdən söz düşərkən ilk növbədə gözümüzün önündə ən böyük azərbaycanlı saydığımız Ulu öndər Heydər Əliyevin siması canlanır. Çünki bu istiqamətdə fundamental uğurların əldə olunması, həqiqətən də, ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, xaricdə yaşayan həmvətənlərimizlə bağlı fəaliyyətin inkişafı istiqamətində də mühüm addımlar atıldı. 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edildikdən sonra milli diaspor hərəkatı daha geniş vüsət aldı.
Heydər Əliyev məhz soydaşlarımızın "azərbaycançılıq” ideyası ətrafında sıx birləşərək təşkilatlanması istiqamətində göstərdiyi ölçüyəgəlməz xidmətləri sayəsində "ümummilli lider” zirvəsinə yüksəlmişdir. Ona görə də "Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!” sözləri bu gün vətəninə və xalqına bağlı olan hər bir azərbaycanlının milli birlik şüarına çevrilərək həmrəylik himni kimi səslənir. Bu mənada "Zəfər qurultayı”nın Ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində baş tutması, hesab edirəm ki, həm də Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
MANŞET, TƏHLİL
Azərbaycan-Tacikistan əlaqələri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yer tutur
-
MANŞET, TƏHLİL
Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Heydər Əliyev dönəmində qoyulub
-
MANŞET, TƏHLİL
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
-
MANŞET, TƏHLİL
"Heydər Əliyevə görə Göyçəlilər daha 23 il öz dədə-baba torpaqlarında yaşayıb-yaratdılar..."
-
MANŞET, TƏHLİL
Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...
-
MANŞET, TƏHLİL
Zakir Qaralov və Fikrət Məmmədovun diqqətinə: “Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA
-
MANŞET, TƏHLİL
Paşinyan Qarabağı ikinci dəfə işğal etmək istəyir