“Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir” - TƏHLİL

“Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir” - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqlar.

7NEWS.az rəsmi mənbəyə istinadən bildirir ki,təqdim etdiyimiz müsahibədə dövlət başçısı bir sıra önəmli məsələyə aydınlıq gətirib, o cümlədən, ərzaq təhlükəsizlyi, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı məsələləri, erməni təxribatları, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesi, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin eilməsi, Qisas əməliyyatının məqsədləri, Zənəgəzur dəhlizinin istifadəyə verilməsi kimi aktual məsələlərə toxunub.


 

Müsahibəyə münasibət bildirən millət vəkili İlham Məmmədov Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparıldığını deyib: "Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədə mühüm məqamlar yer alıb. Bu məqamlardan ən əsası Ermənistanın müharibədən sonrakı öhdəlikləri və 10 noyabr 2020-ci il bəyənatı ilə bağlı olub. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq. 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. 32 kilometr uzunluğunda olan yol cəmi bir il ərzində inşa edildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Cənab prezident müsahibəsində Qarabağda yaşayan ermənilərdən söz açaraq onların nə statusunun, nə müstəqilliklərinin, nə də ki, hansısa xüsusi imtiyazlarının olmayacağını vurğuladı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol.”


Millət vəkili Vüqar İskəndərov isə hər keçən günün Azərbaycanı uğura, Ermənistanı süquta apardığını deyib: "Ermənistan toplumu zəhər içində yaşayır. Bu toplum uşaqlıqdan etibarən genetik olaraq türk düşmənçiliyi, yalançı tarix, uydurma və utopik xəyallar, olmayan dövlət haqqında min illərin tarixi ilə böyüyüb və tərbiyə alıblar. Ona görə də onlarda dövlətçilik ənənəsi formalaşmadı, xalq obrazına girə bilmədilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, onlar yarımçıq toplum halında öz xəstə təxəyyülləri ilə başqa bir dünyada yaşayırlar: "44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazanaraq Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan bu gün diqtə edən ölkədir və Azərbaycanın nüfuzu günü-gündən artmaqdadır. Bu, Azərbaycan reallığıdır. Hazırda Ermənistan mətbuatı Azərbaycan haqqında dezinformasiyalar yaymaqdadır. Erməni mətbuatı hər gün öz əhalisinə zəhərli və ziyanlı məlumatları yedirir. Təbii ki, bunun hər biri əbəsdir. Ermənistan bütün sahələrdə iflasa uğramış bir ölkədir və hər keçən gün Azərbaycanı uğura, Ermənistanı isə süquta aparır”

 

Amil Qurbanov

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4

 

 

Xəbər lenti