Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb

12 May 2022, 12:35
12 May
2022
12:35
55
Məktubda Təşkilatın "2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi”nə münasibət bildirilərək, demokratik cəmiyyətin mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, media islahatlarının dərinləşdirilməsi, özəl sektoru media ilə əməkdaşlığa cəlb edən böyük layihələrin reallaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi qeyd edilərək, müvafiq beynəlxalq reytinqlər tərtib edilərkən bu müsbət təşəbbüslərin nəzərə alınmamasından təəssüf hissi keçirildiyi bildirilib.
Bildirilib ki, 2021-ci ildə "Sərhədsiz Reportyorlar” Təşkilatının rəsmi veb-saytında xidməti vəzifələrini yerinə yetirərkən ermənilərin Kəlbəcər rayonuna basdırdıqları minaya düşərək həlak olan jurnalistlərlə bağlı məlumatın təhrif edilərək təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması, həmin məlumatın qərəzli olaraq Azərbaycanın əleyhinə istifadə edilməsinə imkan yaratmış və əsassız yanaşmaların formalaşması ilə nəticələnmişdir.
"2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi” ilə əlaqədar Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri xanım Janna Kavelyenin "Amerikanın Səsi” beynəlxalq multimedia xəbər təşkilatına müsahibəsində səsləndirdiyi fikirlər, o cümlədən Azərbaycanın yeni reytinqini əsaslandırmaq üçün irəli sürülən arqumentlər özlüyündə tutarlı əsaslara söykənmir və müvafiq İndeks Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı obyektiv reallığı əks etdirmir.
Məktubda "Media haqqında” Qanunun müvafiq maddələri bir daha izah edilir, Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kimin həbs edilmədiyi vurğulanır və istənilən sahədə inkişafın qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa, bütün tərəflərin obyektiv, qərəzsiz yanaşmasına əsaslanmalı olduğu bildirilir: "İnanırıq ki, bir neçə mənbədən, o cümlədən bizim mənbələrdən istifadə edilməsi "Sərhədsiz Reportyorlar” Təşkilatının təqdim etdiyi xəbərlərin və hesabatların dəqiqliyini, obyektivliyini və etibarlılığını artıracaq, ixtilafa yol açan halları aradan qaldıracaqdır”.
Məktubun sonunda bir daha qeyd edilir ki, Medianın İnkişafı Agentliyi "Sərhədsiz Reportyorlar” Təşkilatı, eləcə də media sahəsində fəaliyyət göstərən digər təşkilatlarla dialoqa hazırdır.
Xəbər lenti
-
00:00Böyük Britaniyada meymun çiçəyinə yoluxanların sayı 56-ya çatıb
-
20:09Xorvatiya Prezidenti İlham Əliyevi təbrik edib
-
18:25Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
-
18:22İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
-
18:04İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
-
17:28MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
15:51Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
15:28“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
-
14:14“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
-
13:49"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev
-
09:55“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
23:50Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR
-
23:07“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
17:28“Brüssel görüşü İlham Əliyevin növbəti siyasi-diplomatik uğurudur”- Elşən Musayev
-
16:17Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL
-
17:17Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
-
17:09Elşən Musayev: “Siyasi dialoq demokratik sistemin əsas komponentlərindəndir” - VİDEO
-
15:49Elşən Musayev: “Radikal müxalifətin həyatı elə anons verməklə keçib” (MÜSAHİBƏ)
-
15:10Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib
-
11:14Cozef Baydenin Azərbaycan Prezidentinə təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür - ŞƏRH
-
09:19Saxta alimlər, pulla alınan ödüllər, “elmi” fırıldaqlıqlar… - SENSASİON YAZI
-
21:57QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib
-
20:10Cozef Bayden İlham Əliyevi təbrik edib
-
19:09Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilmişdir
-
17:57Gənclər arasında dini dözümlülük və multikulturalizmin təbliği mövzusunda təlim keçirilib
-
17:35Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir
-
00:07“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib
-
21:29Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək
-
18:32MN: Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
-
18:26Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
-
17:55ABŞ-nin Ermənistandakı səfirinin Qarabağla bağlı sərsəm bəyanatı qərəzdən başqa bir şey deyil - ŞƏRH
-
17:01Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib
-
16:24Parlament ölçüsündə faydalı əməkdaşlığın yeni mərhələsi
-
16:20Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək
-
15:45Jurnalistlər peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq Vətənin müdafiəsinə qalxmışdılar - Əhməd İsmayılov
-
14:24Muğanbank daha 13 aztəminatlı şəxsə yardım göstərdi
-
14:20“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda müzakirələr aparılıb
-
09:08Azərbaycan vəkilliyi nüfuzlu beynəlxalq hüquq tribunasına çıxış əldə edib
-
21:53Yevlax şəhər şəhid Əsgər Həsənov adına Malbinəsi kənd Uşaq musiqi məktəbində “Haqqın Zəfəri” adlı tədbir keçirilmişdir
-
21:31Bərdə rayon Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq Muzeylər Günü” ilə bağlı tədbir keçirilib.
24 May 2022
23 May 2022
21 May 2022
20 May 2022
19 May 2022
18 May 2022
Digər xəbərlər
-
SOSİAL
MDU-da Ümumdunya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilən seminar keçirilib
-
SOSİAL
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Bərdə regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
-
SOSİAL
“İrəli” İB region gənclərinin inkişafı üçün yeni layihəyə start verir
-
SOSİAL, SİYASƏT
“Milli Məclisdə kadr islahatları Sahibə Qafarova sədr seçildiyi gündən başlayıb” – Elşən Musayev
-
SOSİAL
"Balaş Qasımov işinin peşəkarıdır" - Elşən Musayev
-
SOSİAL
“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
SOSİAL
Agentlik rəhbərliyi Qubada “QHT ziyarətləri” keçirdi - FOTOLAR
-
MANŞET, SOSİAL
“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb
-
SOSİAL
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.