Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Bəyanat yaydı
13 İyul 2020, 18:33
13 İyul
2020
18:33
1322
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki ordumuzun mövqelərini atəşə tutmuşlar.
Düşmənin bu təxribatına milli ordumuz böyük rəşadət nümayiş etdirərək sarsıcıdı cavab vermiş, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsi qətiyyətlə dəf edilmişdir. Ali baş komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin maddi-texniki gücü növbəti dəfə Azərbaycan əsgərinin, ordusunun və dövlətinin düşmən üzərindəki gücünü və üstünlüyünü şərtləndirmişdir.
Hücumun qarşısını alarkən Azərbaycan Ordusunun gənc hərbi qulluqçuları qəhrəmancasına şəhid olmuşlar. Bu bir daha hər bir Azərbaycan gəncinin vətənin müdafiəsi və tarixi-əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən yüksək fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Bütün xalqımız növbəti dəfə Azərbaycan gənci, Azərbaycan əsgəri ilə fəxr etdi, sonsuz dərəcədə qururlanmış oldu.
Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin!
Ölkənin bir çox aparıcı gənclər təşkilatlarını və onminlərlə gənci ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq, cəbhə xəttində və sərhəddə baş vermiş təxribatla bağlı aşağıdakıları bəyan edirik:
1)Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsnin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq. Beynəlxalq ictimaiyyəti münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran bu kimi təxribatlara düzgün hüquqi-siyasi qiymət verməyə, Ermənistanı təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək qərarlar almağa çağırırıq,
2)Səngərdə mətanətlə torpaqlarımızı müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daima hazır olan ordumuza dəstək verir və onlarla həmrəylik ifadə edirik,
3)Ermənistanın ölkəmizə qarşı artıq 30 ildir davam edən işğal və hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğunu bir daha vurğulayır və işğalın beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri, beynəlxalq ictimai xadimlər, xarici ölkələrin beyin mərkəzləri, qabaqcıl ali təhsil müəssisələrinin diqqətinə çatdırmaq üçün bütün ictimaiyyəti sosial şəbəkələrdə fəal olmağa və #StopArmenianAggression #KarabakhisAzerbaijan #WarCriminals həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik,
4)Bütün beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Şurasına (AŞ), Avropa İttifaqına (Aİ) və digərlərinə müraciət edərək, Ermənistan hökumətinə beynəlxalq öhdəliklərinə və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət etməyə vadar etməyə çağırırıq,
5)Hazırkı həssas məqamda paylaşılan və yayılan məlumat və foto-videolar vətəndaşlarımızı sayıq olmağa, ordumuzun hərbi texnikalarının və canlı qüvvəsinin hərəkət istiqaməti və ya onların toplandığı yerlər haqqında foto və videoları heç bir halda yayımlamamağı, eyni zamanda məlumat paylaşdığınız zaman yalnız rəsmi mənbələrə istinad etməyinizi xahiş edirik.
Ölkəmizin ən böyük gənclər təşkilatları platforması olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün gənclər təşkilatları səfərbər ediləcək və ardıcıl, mütəmadi sosial kampaniyalar vasitəsilə Azərbaycan həqiqətləri beynəlxalq birliyin diqqətinə çatdırılacaqdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq bütün sosial şəbəkə istifadəçilərini, ictimai fəalları və qeyri-hökumət təşkilatlarını bu fəaliyyətə dəstək verməyə dəvət edirik!
Şəhidlər ölməz, vətən bölünməz!
Qarabağ Azərbaycandır!
Biz birlikdə güclüyük!
Xəbər lenti
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...