Azərbaycan ordusu gecikmədən Kəlbəcərin Çərəktar və Umudlu kəndlərinə girməlidir... - TƏCİLİ
Azərbaycan ordusu Çərəktara niyə girmir? Bura gecikmək kəndi itirmək deməkdir...
Çərəktar kəndi sovet dönəmində DQMV Mardakert rayonuna aid olub. 1991-ci ilin payızında Çərəktar kəndini ermənilər işğal etdi və kəndi yandırdı. 1992-ci ildə Azərbaycan ordusu Mardakertin bütün kəndlərini, o cümlədən, Çərəktarı da azad etdi. 1992-ci ilin oktyabrında Azərbaycan Milli Məclisinin qərarı ilə Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə adlandırıldı. Bundan sonra Ağdərə rayonu ləğv edildi, ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonlarının ərazisinə verildi. O zaman Çərəktar kəndi də Kəlbəcər rayonuna verildi. 1993- çü ildə Kəlbəcər işğal olunandan sonra Çərəktar da tam ermənilərin əlinə keçdi. 1994-cü ildən sonra ermənilər də tutduqları ərazilərdə yeni ərazi vahidləri yaratmağa başladılar. Kəlbəcər rayonunun adını dəyişərək onun adını Şaumyan rayonu, Kəlbəcər rayon mərkəzinin adını da Karvaçar qoydular. Karvaçar sadəcə Şaumyan rayonunun mərkəzi sayılırdı. Kəlbəcər rayonu ərazisi isə Şaumyan adlanırdı. Çərəktar kəndi işğalçılar tərəfindən məskunlaşdırılmış və orada daha çox Ermənistandan gətirilən əhali, təxminən 40 evdə məskunlaşıb.
Çərəktar kəndi də yaradılmış Şaumyan rayonu inzibati ərazisinə daxil edilmişdi. Eynilə Agdərənin Kəlbəcərə yaxın bir çox kəndlərini, o cümlədən, Umudlu kəndinin də adını Aknaberd qoyub Şaumyana birləşdirilmişdilər
Bu baxımdan indi Kəlbəcərdən ermənilərin çıxması gündəliyə gələn kimi ermənilər də Kəlbəcərli kimi bu Çərəktar və Umudlu kəndlərindən də çıxmağa başladılar və onların əksəriyyəti evlərini yandırıb Ermənistana qaçdılar. Çünki Agdərənin erməni icra hakimiyyəti bura məsuliyyət daşımırdı və burada yaşayanlar da Kəlbəcərli-Şaumyanlı kimi Noyabrın 10-dan başlayaraq ilk qacanlardan idi.
Çərəktarın da adı ermənilər tərəfindən Azərbaycan ordusunun nəzarətinə keçən kəndlər siyahısında 3 gün öncə erməni mətbuatında geniş verilmişdi. Çərəktar və Umudlu kəndləri indi boş qalıb. Bu gün ermənilər duyuq düşmüşlər ki, Çərəktar kəndində nə Azərbaycan və nə də Rus əsgərləri var. Ona görə də qərara almışlar ki, Çərəktarı yenidən tutsunlar. Məsələnin çılpaqlığı budur.
Burada şübhə doğuran odur ki, yəqin Azərbaycan höküməti də Çərəktarın sovet dönəminə görə Ağdərəyə aid olduğunu düşünərək hərəkət edir. Əgər bu belədirsə, bu çox yanlış yanaşmadır. Bu kənd həmişə azərbaycanlıların yaşadığı kənd olub və Agdərə Azərbaycan ərazisidir. Belə çıxır ki, bu cür yanaşma ilə biz Çərəktar və Umudlunu ermənilərə peşkəş edirik. 26 ildir ermənilərin özləri bu kəndləri Kəlbəcər-Şaumyana verib. İndi isə Şaumyan yoxdur və yuxarıda dediyim kimi Agdərədə fəaliyyət göstərən erməni hakimiyyətinin də Çərəktar və Umudlu ilə heç bir bağlılığı yoxdur. Faktiki bu kəndlər sahibsiz qalmışdır...
Hər bir kənd uğrunda nə qədər şəhid vermişik. Bura da bizim qəhrəman oğulların hesabına boşalıb və indi ordu oraya girməli və Azərbaycan hakimiyyətini bu kəndlərdə bərqərar etməlidir. Çünki bu dəqiqə yəqin ki, ermənilər də Stepanakertdəki rus quvvələrinin həmən Çərəktara girməsi üçün danışıqlar aparır. Buna şübhəniz olmasın. Yoxsa, biz Rusiya sülh məramlılarından icazə istəyirik? Buraya kim öncə girəcəksə, Çərəktar da onun olacaq. Bizim əsgəri oradan heç kim çıxara bilməz.
Belə düşüncə də var ki, hələ bizim əsgərlər gəlib ora çıxmayıb. Amma Toğanadan gedən qüvvələr üçün ora ən yaxın məsafədir. Azərbaycan ordusu həmən boş qalmış Çərəktar və Umudluya girməlidir! Biz geciksək, ermənilər bu kəndləri tuta bilər...
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:56“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT
Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
SİYASƏT
Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat