ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO

ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam edir. Qurumun 3 Daimi Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış etdi (https://www.youtube.com/watch?v=aSFK-Z8tty0).
Azay Quliyev qeyd etdi ki, sabah Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu ildönümünü qeyd edəcəkdir.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirdi ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törətdi. Bu dəhşətli soyqırımı aktı nəticəsində, yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib.
Bu günə qədər 16 dövlət və 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və bu rəqəm ilbəil artmaqdadır.
ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Baş Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb, lakin təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.
Yekunda Azay Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə və bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırdı.
Amerika Birləşmiş Ştatlarının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin ATƏT-in Minsk Qrupunun gələcək işinin mümkün istıqamətlərinə dair sualına cavab olaraq Azay Quliyev bildirdi ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir. Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər.
Xəbər lenti
-
18:06Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO
-
14:11İlham Əliyevdən Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı SƏRƏNCAM
-
14:03Ramazan Ayında “NEPTUN”dan müjdə: KLASSİK BONUS KART, XÜSUSİ KAMPANİYALAR
-
10:47Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat tapıldı
-
20:43Yaponiyanın ölkəmizdəki səfiri Şamaxıda olub
-
20:39Mingəçevirdə Ağsaqqallar şurasının konfransı keçirildi - FOTOLAR
-
17:35“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
-
16:12İlham Əliyev və Mehriban Əliyeva Pirşağı qəsəbəsində - YENİLƏNİB + FOTO
-
14:46Prezident İƏT ilə imzalanmış memorandumu təsdiqlədi
-
14:36Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub
-
13:07Daha bir hərbçimiz şəhid oldu - FOTO
-
12:37“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" Beynəlxalq Hümanitar Qardaşlıq Patforması arasında Niyyət Protokolu imzalanıb
-
11:57Gənc nəsil tarixi həqiqətləri bilməlidir
-
11:09Azay Quliyev seçicilərlə görüş keçirib
-
11:33Akademik Zərifə Əliyevanın anım günüdür
-
22:26Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
-
19:27Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH
-
16:53Vüqar Rəhimzadə: Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır
-
13:13Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi
-
12:52Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb - FOTO
-
20:33Şuşada bərpa işləri davam edir - FOTOREPORTAJ
-
17:13“Büdcə təşkilatlarının maliyyə əməliyyatları vahid sistemdə işlənsin”
-
17:07Milli birliyimiz yeni zəfərlər yaradır
-
13:01Prezident: “Erməni ordusu məhv edilib, o mövcud deyil”
-
12:00Prezident “İskəndər” raketinin niyə gec tapıldığının səbəbini açıqladı
-
11:30İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI
-
11:11İlham Əliyev: “Ermənistanda Azərbaycanın davranışını dəyərləndirə bilmirlər”
-
10:58Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”
-
10:18Prezident İlham Əliyev ADA Universitetində təşkil olunan konfransda çıxış edir - CANLI YAYIM
-
17:43İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”
-
16:28İlham Əliyev Şuşanın “İskəndər-M” raketləri ilə atəşə tutulmasından danışdı: “Biz cavab istəyirik”
-
16:12Prezident Hərbi Qənimətlər Parkının açılışında - CANLI EFİR
-
12:51İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında
-
11:50Mingəçevir şəhərində Koronovirusla mübarizə gündəlik olaraq gücləndirilmiş şəkildə davam etdirilir
-
10:31Qaqarin şəhərinə və “Ulduz şəhərciyi”nə səfərlərim - FOTO
-
10:25“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:25Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri başlayıb
-
11:26"Ağıllı arılar" Azərbaycanda böyük bir layihəni necə yaratdılar - MÜSAHİBƏ
-
17:12Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi (FOTO)
-
10:55Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - FOTO
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH
-
SİYASƏT
Vüqar Rəhimzadə: Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır
-
GÜNDƏM, SİYASƏT
Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi (FOTO)
-
DÜNYA, SİYASƏT
Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyini blokadaya alıblar - VİDEO
-
SİYASƏT
İqor Korotçenko: "Paşinyan Kremldə özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır"
-
SİYASƏT
Azərbaycan erməni hərbi qulluqçunun meyitini qarşı tərəfə təhvil verdi
-
SİYASƏT
“Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək” - Tural Gəncəliyev
-
SİYASƏT
Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir
-
SİYASƏT
44 gündən əvvəlki 4 gün: Aprel döyüşləri müasir tarixdə nəyi dəyişdi – TƏHLİL