ASGA daha bir Mingəçevir Şəhidinə film çəkəcək – Gənclər və İdman Nazirliyinin dəstəyi ilə (VİDEOLAR)

ASGA daha bir Mingəçevir Şəhidinə film çəkəcək – Gənclər və İdman Nazirliyinin dəstəyi ilə (VİDEOLAR)

7NEWS.az xəbər verir ki, bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov məlumat verib. Onun sözlərinə görə son 1 ildə ASGA tərəfindən bir neçə Şəhidimizə filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib: "Hüseyn Adil oğlu Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olub. 23 oktyabr 2018-ci ildən 29 mart 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Hüseyn Abbasəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına Şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Bundan başqa Hüseyn Abbasəliyev Azərbaycan Respublikasının Prezidenti 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Hüseyn olduqca savadlı, sağlam düşüncəyə malik vətənpərvər gənc idi. 44 günlük savaşda isə könüllü olaraq ordu sıralarına qoşulmuş və ermənilərə qan uddurmuşdu. Belə bir gənc Şəhidimizi ölkə ictimaiyyətinə və dünya azərbaycanlılarına tanıtmağı özümüzə borc bilirik. Layihəmizi dəstəklədiyinə görə Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Film yaxın 2 ay ərzində hazırlanacaq və Mingəçevir şəhərində geniş təqdimatı reallaşacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə tezliklə şəfa versin”

7NEWS.az Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə ərsəyə gələn bəzi filmləri təqdim edir:

 

 

Xəbər lenti