AMEA-da Kənd təsərrüfatı naziri ilə görüş keçirilib
31 Yanvar 2020, 11:55
31 Yanvar
2020
11:55
1695
Yanvarın 30-da AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimovun akademiya əməkdaşları ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün ölkəmizdə həyata keçirilən aqrar siyasət, qida təhlükəsizliyinin təmin edilməsi və bu sahədə aparılan elmi-tədqiqat işlərinə həsr olunduğunu bildirib. Akademik Ramiz Mehdiyev AMEA-nın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini deyərək, bu əlaqələrin daha da genişləndirilməsinin Akademiyanın büdcədənkənar gəlir əldə etməsi baxımından zəruriliyini qeyd edib.
Sonra Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm verilir.
Aqrar sahənin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu deyən nazir respublikamızda pambıqçılıq, meyvəçilik, ipəkçilik, heyvandarlıq və digər sahələrə dövlət dəstəyinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlardan danışıb.
İnam Kərimov respublikamızda kənd təsərrüfatı sektorunun yüksək rəqabətqabiliyyətliliyi və dayanıqlı inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirildiyini deyərək, bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər bu kimi qurumların yaradıldığını bildirib.
O, Aqrar Elm və İnnovasiya Mərkəzi barədə də məlumat verərək, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən birinin aqrar elmlər sahəsində əldə edilən nailiyyətlərin tətbiqi olduğunu söyləyib. AMEA ilə rəhbərlik etdiyi qurumun aqrar sahədə həyata keçirdiyi birgə layihələrdən söz açan İnam Kərimov nazirlik ilə Akademiyanın müvafiq elmi müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulduğunu, kənd təsərrüfatı sahəsində alim və mütəxəssislərin köməyinə hər zaman ehtiyac duyulduğunu vurğulayıb. AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Niyyət sazişini xatırladan İnam Kərimov rəhbərlik etdiyi qurumun Akademiyanın Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Zoologiya və digər müvafiq institutları, regional elmi mərkəzləri və bölmələri ilə birgə müxtəlif layihələr həyata keçirdiyini, ölkəmizdə kənd təsərrüfatı sahəsinin elmə, biliyə, innovasiya və texnologiyalara əsaslanan inkişafın dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu xüsusi qeyd edib.
Daha sonra İnam Kərimov AMEA əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb.
Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Fikir mübadiləsi zamanı aqrar islahatlar, ərzaq təhlükəsizliyi, nazirliyin tabeliyində olan elmi-tədqiqat institutları ilə Akademiyanın müvafiq elmi müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması, torpaqların münbitliyinin bərpası, gübrə istehsalı və istifadəsinin dövlət tərəfindən tənzimlənməsi, heyvandarlığın inkişafı, yeni meyvə sortlarının yaradılması və digər məsələlər müzakirə olunub. Nazir gələcəkdə aqrar sahə üzrə layihə və proqramların həyata keçirilməsində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Tədbirin sonunda akademik Ramiz Mehdiyev görüşdə iştirakına, alimləri maraqlandıran sualları cavablandırdığına və əhəmiyyətli tövsiyələrinə görə İnam Kərimova minnətdarlığını ifadə edib. AMEA-nın prezidenti rəsmi dövlət qurumlarının rəhbərləri ilə akademiya əməkdaşlarının belə formatda görüşlərinin bundan sonra da təşkil ediləcəyini diqqətə çatdırıb.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:48İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SOSİAL
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SOSİAL
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
SOSİAL
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir